Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb.
 
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, bu ilin 9 ayında bu şəhər üzrə 132 milyon 598,5 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib.
 
Sənaye məhsullarının istehsalının dəyəri 43 milyon 838,9 min manat təşkil edib.

Xatırladaq ki, bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.

Qeyd edək ki, Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə Füzuli rayonu təşkil olunub və Qaryagin adlandırılıb.

 

Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb. Rayonun ərazisi 1 386 kvadratkilometrdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir.


 1993-cü ilin avqust ayının 23-də Ermənistan Silahlı Qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdu.
 
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Füzuli rayonu digər yaşayış məntəqələrimizlə yanaşı, erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
 
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO

Yumurta alarkən bu məqama DİQQƏT edin

Yumurta alarkən bu məqama DİQQƏT edin

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Qazın qiyməti ucuzlaşdı

Qazın qiyməti ucuzlaşdı

Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək

Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək

Zelenski yola salınır - Artıq yeni namizədlər bəllidir – ADLAR

Zelenski yola salınır - Artıq yeni namizədlər bəllidir – ADLAR

Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib

Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib

Volodin: “Zelenski cinayətlərinə görə məsuliyyətdən yayına bilməyəcək”

Volodin: “Zelenski cinayətlərinə görə məsuliyyətdən yayına bilməyəcək”

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Meymunçiçəyi yenidən gündəmdə - Rusiyada yoluxanlar var

Meymunçiçəyi yenidən gündəmdə - Rusiyada yoluxanlar var

Müharibə daha tez bitəcək - Tramp

Müharibə daha tez bitəcək - Tramp

Mənzil satanların DİQQƏTİNƏ: Sığorta ödənişinizi geri ala bilərsiniz

Mənzil satanların DİQQƏTİNƏ: Sığorta ödənişinizi geri ala bilərsiniz

Vətən müharibəsinin xronikası: 17 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 17 oktyabr – VİDEO

Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi

Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi

Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - FOTO

Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - FOTO

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Futzal millimiz Çexiyaya UDUZDU

Futzal millimiz Çexiyaya UDUZDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

End of content

No more pages to load

RADİO