Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya gözlənilən səfərindən öncə İrəvan şəhərində qadınlar yürüş keçirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat sosial şəbəkənin Ermənistan seqmentində yayılıb.
Mənbə yazır ki, zəif cinsin nümayəndələri Paşinyanın istefasını tələb ediblər. Bununla bağlı hökumət binasında təhlükəsizlik tədbirləri gücləndirilib.
Etirazçılar ilə polis arasında qarşıdurma baş verib.
Bizim.Media