Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu koronavirus infeksiyasına yoluxub.
Bizim.Media xəbər verir ki, bu barədə nazir “Twitter”də paylaşım edib.
O, özü ilə bərabər həyat yoldaşı və qızının da COVID-19 testinin pozitiv çıxdığını qeyd edib.
Nazir özünün və ailəsinin səhhətlərinin normal olduğunu və həkimlərin tövsiyəsi ilə müalicələrini xəstəxana şəraitində davam etdirdiklərini vurğulayıb.
Bizim.Media