Azalan kreditlər, zəifləyən kapital... - “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ

"Bank Avrasiya" ASC 2026-cı ilin ilk rübünü (yanvar-mart) 937 min manat xalis zərər ilə başa vurub.

Bu barədə Bankın rüblük hesabatında qeyd olunub.

Məlumat üçün bildirək ki, bank 2025-ci ilin ilk rübünü 1 milyon 977 min manat xalis mənfəət ilə başa vurmuşdu. Amma "Bank Avrasiya" bəlli olmayan səbəblər üzündən cari ilin ilk rübündə mənfəətdən zərərə keçib. 

Belə ki, 2026-cı ilin yanvar-mart dövründə "Bank Avrasiya"nın cəmi əməliyyat gəlirləri 4 milyon 793 min manat, cəmi əməliyyat xərcləri 3 milyon 561 min manat, əməliyyat mənfəəti 1 milyon 232 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 2 milyon 249 min manat ayırdığından ilk rübü 1 milyon 17 min manat zərər ilə başa vurub.

Kredit riskləri

Gözlənilməz fəaliyyət növlərindən gəlir ilə əlaqədar olaraq zərər 937 min manata düşüb. Xatırladaq ki, 2025-ci ilin ilk rübüdə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 342 min manat mənfəətə əlavə edilmişdi. 

"Bank Avrasiya"da mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmanın yaranması gecikən kreditlərin artdığına işarədir. 

Məlumat üçün bildirək ki, banklarda “mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma” bankın gələcəkdə yarana biləcək kredit itkilərinə qarşı əvvəlcədən maliyyə vəsaiti ayırması deməkdir. 

Sadə dillə izah etsək: Bank kredit verir və ehtimal var ki, bəzi müştərilər krediti geri qaytarmaya bilər. Bu riski nəzərə alaraq bank əvvəlcədən müəyyən məbləği ehtiyat kimi kənara qoyur. Bu prosesə mümkün zərərlər üçün ehtiyatlara ayırma deyilir. Bank kredit portfelini qiymətləndirir, riskli kreditlər müəyyən edilir və həmin riskə uyğun olaraq bank müəyyən məbləği xərc kimi ayırır və ehtiyat yaradır.

Aktivlərdə və məcmu kapitalda azalma

2026-cı ilin 1-ci rübündə "Bank Avrasiya"nın cəmi aktivləri 562 min manat və ya 0,3% azalaraq 2025-ci ilin sonundakı 214 milyon 510 min manatdan 213 milyon 948 min manata, o cümlədən kredit portfeli 4 milyon 261 min manat və ya 3,1% azalaraq 132 milyon 878 min manata geriləyib.

31 mart 2026-cı il tarixində "Bank Avrasiya" 87 milyon 542 min manat məcmu kapitala malik olub. Bank 2025-ci ilin sonunda 88 milyon 471 min manat məcmu kapitala malik idi (929 min manat azalıb). 

Bəs bu geriləmə “Bank Avrasiya”nın sonunu gətirə bilərmi?

Sualı Bizim.Media üçün cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, “Bank Avrasiya” üçün bir rüb zərər açıqlamaq avtomatik olaraq bankın bağlanacağı anlamına gəlmir:

“Bank sektorunda belə hallar tez-tez olur və çox vaxt bu, müvəqqəti maliyyə nəticəsi kimi qiymətləndirilir. Burada əsas məsələ zərərin səbəbidir. Əgər zərər problemli kreditlərə görə ayrılan ehtiyatlardan yaranıbsa, bu daha çox ehtiyatlı davranış deməkdir. Yəni bank gələcək riskləri qabaqcadan nəzərə alır və bu da qısamüddətli zərər kimi görünür.
 

Amma digər tərəfdən aktivlərin azalması, kredit portfelinin kiçilməsi və kapitalın zəifləməsi kimi göstəricilər uzun müddət davam edərsə, bu artıq ciddi problemə çevrilə bilər. Belə dinamika bankın bazardakı mövqeyini zəiflədir.


Ümumiyyətlə isə bir bankın taleyini təkcə bir rübün nəticəsi müəyyən etmir. Əsas olan ardıcıl olaraq bir neçə dövrdə vəziyyətin necə dəyişməsidir. Əgər zərər davamlı xarakter alsa və maliyyə göstəriciləri pisləşməyə davam etsə, o zaman risklər xeyli artır. Hazırkı vəziyyətdə isə bunu daha çox xəbərdarlıq siqnalı kimi qiymətləndirmək daha düzgündür”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün “Bank Avrasiya”ya sorğu göndərdik.

Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

ADY dəmir yolunun təhlükəsizliyi sahəsində süni intellekt imkanlarını genişləndirir- FOTO

ADY dəmir yolunun təhlükəsizliyi sahəsində süni intellekt imkanlarını genişləndirir- FOTO

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Sürüşmə baş verən Quba-Xınalıq yolunda son vəziyyət – VİDEO

Sürüşmə baş verən Quba-Xınalıq yolunda son vəziyyət – VİDEO

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dilan Polat nəzarətə götürüldü

Dilan Polat nəzarətə götürüldü

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

End of content

No more pages to load

RADİO