İsrail ABŞ tədarükündən asılı qalmamaq üçün yerli aviabomba istehsalına başlamağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Bildirilib ki, artıq ölkənin Müdafiə Nazirliyi yerli istehsalın təşkili ilə bağlı proqram üzərində işləyirlər.
Qeyd edək ki, İsrail hazırda artilleriya və zirehli qüvvələr üçün mərmi istehsal edir, lakin aviabombalar ölkəyə ABŞ-dan tədarük edilir.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Buna cavab olaraq İsrail ordusu "Dəmir Qılınclar" əməliyyatına başlayıb.
Bizim.Media