Kolorado məhkəməsi ABŞ-ın sabiq prezidenti Donald Trampın ştatın prezident seçkilərində iştirakı ilə bağlı qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, Trampa bu ştatda prezidentliyə namizədliyini irəli sürməyi qadağan edib. Qərar qüvvəyə minərsə, Tramp Kolorado bülletenindən çıxarılacaq.
Bizim.Media