Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO 

Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin rəsmi tərəfdaşlığı və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə – Gürcüstan Forumu” keçirilib. 

Bizim.Media xəbər verir ki, Forum iştirakçıları əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında ucaldılan Azərbaycanın Ümummilli Liderinin abidəsini ziyarət edib. Onlar abidənin önünə əklil qoyub və gül dəstələri düzüblər. Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad olunub. 

Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 10

Daha sonra Forum öz işinə başlayıb. 

Forumun əvvəlində Qərbi Azərbaycanda ermənilər tərəfindən dağıdılan mədəni irsimizi əks etdirən foto sərgi nümayiş etdirilib. 

Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 11

Forum Azərbaycan Respublikasının və Gürcüstanın Dövlət Himnləri ilə başlayıb. Eləcə də Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 12

Forumu Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili açıq elan edib. O, tədbir iştirakçılarını salamlayaraq onları Forumun mahiyyəti ilə bağlı məlumatlandırıb. 

Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 13

T.Allahverdili söyləyib ki, forumun əsas məqsədi Gürcüstanda yaşayan soydaşlarımız, eləcə də Qərbi Azərbaycandan olan soydaşlarımızla Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını müzakirə etmək, gürcü politoloqların, tarixçilərin məsələ ilə bağlı fikirlərini öyrənməkdir. 

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı Səfirliyinin müşaviri Eldar Bayramov Qərbi Azərbaycana qayıdışla bağlı danışıb. O, bunun həmin ərazilərdən didərgin düşən azərbaycanlıların haqqı olduğunu bildirib. 

Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 14

Müşavir çıxışında Cənubi Qafqazda yaşayan azərbaycanlıların və gürcülərin dövlətçilik tarixindən danışıb, ermənilərin bu bölgəyə sonradan köçürülmələrini sübut edən faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov deyib ki, Qərbi Azərbaycan qayıdışla siyasi müstəvidə həyata keçirilən işlər təqdirəlayiqdir. O bildirib ki, bu gün Qərbi azərbaycanlılar öz doğma tarixi yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyir. O.Ərəbov Prezident İlham Əliyevin siyasi qətiyyəti nəticəsində xalqımızın buna da nail olunacağını vurğulayıb. 

Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 15

Sonra Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının üzvü Naqif Həmzəyev çıxış edib. O söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyini diqqətə çatdırıb.

Bildirib ki, Azərbaycan daim sülhün və əmin-amanlığın tərəfdarı olub. Lakin bəzi separatçı qüvvələr regionda sülhü pozmağa çalışıblar və Azərbaycan, əslində, onların bu cəhdlərinin qarşısını alıb, regionda davamlı sülhün təmin olunması üçün bütün ilkin zəruri tədbirləri görüb.

Bu tədbirlər Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmaq ümidlərini artırıb və onlar inanırlar ki, bu gün heç də uzaqda deyil. 

Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 16

Deputat dost və qardaş Gürcüstanın və gürcü xalqının da regionda sülhün bərpa olunmasına çalışdığını qeyd edib. Bildirib ki, məhz Azərbaycan, Gürcüstan və Türkiyə birliyi nəticəsində buna nail olacağıq. 

Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 17

KOBİA yanında İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov Qərbi azərbaycanlıların doğma yurd-yuvalarına qayıtması onların öz mənəvi haqqı olduğunu bildirib. 

Çıxışlardan sonra Forum iki hissəli panel müzakirələri ilə davam edib. 

Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 18

Birinci panel İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Gürcüstan Tarixi İnstitutunun dosenti, professor Nikoloz Cavaxişvili moderatorluğu ilə keçirilib. Paneldə Gürcüstan Parlamentinin sabiq deputatı Ramiz Bəkirov, gürcü tarixşünas, professor Tengiz Malania və Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Huseyn Yusubov çıxış ediblər. Onlar “Cənubi Qafqazda sülh quruculuğu və separatizimə qarşı birgə fəaliyyət” mövzusunda müzakirələr aparıblar. 

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgərin moderatorluğu ilə “Gürcüstanın işğal olunmuş ərazilərindən və Qərbi Azərbaycandan məcburi deportasiya edilmiş şəxslərin geri dönüş prosesi” mövzusunda ikinci panel keçirilib. 

Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 19

Burada isə politoloq, Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru Simon Kopadze, jurnalist Ceyhun Məhəmmədəli və Qarabağ qazisi-jurnalist Nahid Canbaxışlı çıxış ediblər. 

Forum sual-cavab sessiyası ilə öz işinə yekun vurub. 

Sonda isə ASAP-ın Gürcüstan nümayəndəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Nəsimi Sadıqlı tərəfindən Forum iştirakçıları adından beynəlxalq ictimaiyyətə çağırış və Forumunun yekunlarına dair bəyanat səsləndirilib. 

Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 20

Bəyanat beynəlxalq təşkilatlara və Gürcüstanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərə göndəriləcək. Forumda çıxış edən məruzəçilərə plaket və Qərbi Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim edilib. 

Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 1
Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 2
Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 3
Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 4
Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 5
Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 6
Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 7
Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 8
Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO  - foto 9

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

SON DƏQİQƏ: Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı

SON DƏQİQƏ: Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı

Ukraynadan Rusiyaya qaçan sabiq deputat İsveç sərhədində saxlanıldı

Ukraynadan Rusiyaya qaçan sabiq deputat İsveç sərhədində saxlanıldı

İranda şəhər başçısı güllələndi

İranda şəhər başçısı güllələndi

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

171 qurğudan 110-da işlər yekunlaşır – Şirvan suvarma kanalından YENİ XƏBƏR

171 qurğudan 110-da işlər yekunlaşır – Şirvan suvarma kanalından YENİ XƏBƏR

Məşhur kurort mərkəzi turistləri məyus etdi – DETALLAR

Məşhur kurort mərkəzi turistləri məyus etdi – DETALLAR

Adi qaşıntıdan həyati təhlükəyə... - Balıq allergiyası niyə sonradan yaranır?

Adi qaşıntıdan həyati təhlükəyə... - Balıq allergiyası niyə sonradan yaranır?

Rusiya-Belarus filmində çəkilən almaniyalı aktyor 600 min dollar aldı - FOTO

Rusiya-Belarus filmində çəkilən almaniyalı aktyor 600 min dollar aldı - FOTO

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Beynəlxalq axtarışda olan narkobaron İstanbulda yaxalandı – VİDEO

Beynəlxalq axtarışda olan narkobaron İstanbulda yaxalandı – VİDEO

Aysel Aslanqızı yeni vəzifəyə təyin olundu - FOTO

Aysel Aslanqızı yeni vəzifəyə təyin olundu - FOTO

Zaqatalada iş adamı HƏBS EDİLDİ

Zaqatalada iş adamı HƏBS EDİLDİ

Sürücülərin NƏZƏRİNƏ: Bu yol bağlandı

Sürücülərin NƏZƏRİNƏ: Bu yol bağlandı

Baş Qərvənd kəndi sakinlərin qayıdışına hazırlanır - FOTO

Baş Qərvənd kəndi sakinlərin qayıdışına hazırlanır - FOTO

Ermənistan parlamenti TRIPP sazişini təsdiqlədi

Ermənistan parlamenti TRIPP sazişini təsdiqlədi

İspaniyada dəhşətli qatar qəzası: 46 ölü, 150 yaralı var – FOTO/VİDEO

İspaniyada dəhşətli qatar qəzası: 46 ölü, 150 yaralı var – FOTO/VİDEO

Mirzoyan: “Ermənistanın KTMT-də tamhüquqlu fəaliyyətə qayıtmaq niyyəti yoxdur”

Mirzoyan: “Ermənistanın KTMT-də tamhüquqlu fəaliyyətə qayıtmaq niyyəti yoxdur”

Azərbaycanda aliment artırılacaq – YENİ MƏBLƏĞ

Azərbaycanda aliment artırılacaq – YENİ MƏBLƏĞ

Azərbaycanda dini liderlərin zirvə görüşü keçiriləcək

Azərbaycanda dini liderlərin zirvə görüşü keçiriləcək

Gələn il üçün yaşayış minimumunun MƏBLƏĞİ

Gələn il üçün yaşayış minimumunun MƏBLƏĞİ

İrandan Azərbaycana 97 kiloqram marixuananın keçirilməsinin qarşısı alındı - FOTO

İrandan Azərbaycana 97 kiloqram marixuananın keçirilməsinin qarşısı alındı - FOTO

Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi

Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi

Sabahın HAVASI: Yağış, dolu, qar... – PROQNOZ

Sabahın HAVASI: Yağış, dolu, qar... – PROQNOZ

End of content

No more pages to load

RADİO