Ukraynada səfərbərlik haqqında qanun layihəsində qadınların cəbhəyə çağırışının məcburi edilməsi təklif ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya məlumat verib.
Bezuqlaya qeyd edib ki, hərbi xidmətə çağırılan qadınların cəbhədən yayınma hüququ hamiləlik zamanı olacaq. Belə ki, hamilə qadınlar səfərbərliyə cəlb edilməyəcəklər.
O bildirib ki, Ukraynalı kişi və qadınları “əksər hüquq və vəzifələrdə” bərabərləşdirən yeni qanun layihəsi yaxın iki həftə ərzində ölkənin Ali Radasında qeydə alınacaq.
Bizim.Media