“Gələn ilin yanvarından ABŞ Konqresi Ukraynaya əlavə büdcə ayırmalarını təsdiqləməkdən imtina edərsə, ABŞ administrasiyası Kiyevə yeni silah paketləri göndərmək imkanını itirəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan "The Wall Street Journal"a açıqlamasında deyib.
Sallivan bildirib ki, qanunvericilər Prezident Cozef Baydenin tələb etdiyi vəsaitləri təsdiqləməsələr, dekabrın sonunda ABŞ Ukraynaya silah sistemləri göndərmək üçün artıq resurs toplaya bilməyəcək.
Bizim.Media