HƏMAS-İsrail savaşının 2-ci AYI – Qanlı müharibə nə vaxt BİTƏCƏK?

HƏMAS-ın İsrailə hücumundan 2 ay keçir. Münaqişənin bu qədər uzun çəkəcəyini heç kim gözləməsə də toqquşmalar davam edir. HƏMAS-ın oktyabrın 7-də İsrailə qəfil hücumu nəticəsində ilk gündəcə 1200 nəfərin öldü, 240-a yaxın insanın girov götürüldü. Sonrakı günlərdə itkilər daha böyük oldu. 

Belə ki, silahlı qarşıdurmada 16 mindən çox Qəzza sakininin həyatını itirdiyi bildirilir.

Yaralananların sayının isə 30 mini keçdiyi ehtimal olunur. Bundan başqa İsrail-Fələstin müharibəsi başlayandan 60-dan artıq media işçisi həlak olub.  Bir o qədər də itkiyə BMT məruz qalıb.

Münaqişənin vurduğu zərər

Bu münaqişə iqtisadi cəhətdən də çox böyük bəlalar gətirib. Bu müharibə İsra­ilə çox baha başa gəlir. Bu ölkənin Mərkəzi Ban­kının hesabatında qeyd edilir ki, İsrail HƏ­MAS-la müharibəyə artıq 200 milyard şekel (53 milyard ABŞ dolları) xərcləyib.  

Daha əvvəl isə qeyd edilmişdi ki, İsrail ordusunun HƏMAS-a qarşı gündəlik hərbi əməliyyatlarına təxminən 260 milyon ABŞ dolları həcmində vəsait xərclənir. Yəni İsrail üçün bu müharibəni davam etdirmək heç də sərfəli deyil. Bununla belə rəsmi Təl-Əviv HƏMAS-ı sonadək cəzalandırmaq niyyətində olduğunu bildirir. 

Nəzərə alaq ki, bu münaqişədə hər iki tərəfə dəyən iqtisadi ziyanın hesabatı hələlik hazırlanmayıb. Amma çox güman ki, hər iki tərəfə dəyən ziyan yüz milyardlarla ifadə olunacaq. Bu gedişlə Qəzza zolağı viranəliyə çevriləcək. 

Bundan sonra daha minlərlə ev və ictimai obyektlər dağılacaq. Köçkün və qaçqınların sayı daha da artacaq. Bu da bölgə ölkələrinə əlavə problem yaradacaq. 

Maraqlıdır ki, hələki sülhdən danışan yoxdur. Bu da o deməkdir ki, “bu xəmir hələ çox su aparacaq”. Ötən həftə əldə olunan atəşkəs HƏMAS-ın müdaxiləsi ilə pozuldu. Sanki kimlərsə hər iki tərəfi müharibəyə təhrik edir. Ona görə də münaqişənin miqyası günbəgün genişlənir. Baxmayaraq ki, bu münaqişədə əbədi qalibi müəyyən etmək çox çətindir. 

Bitməyən savaş

Yada salaq ki, İsrail öz müstəqilliyini elan edəndən sonra Fələstin-İsrail münaqişəsində əbədi qalib olmayıb, sadəcə döyüşdə üstünlük qazananlar olub. Məsələn, 1948-49-cu illər müharibəsindən sonra Qəzza 19 il Misirin nəzarətində olub. İsrail 1967-ci il müharibəsində Qəzzanı nəzarətə götürüb və 2005-ci ilə qədər orada qalıb, bu müddət ərzində yəhudi qəsəbələri tikib. 

İsrail 2005-ci ildə qoşunlarını və məskunlaşdırdığı əhalini geri çəkib, baxmayaraq ki, o, hava məkanına, ortaq sərhədə və dəniz sahilinə nəzarəti hələ də əlində saxlayır.

Əminliklə demək olar ki, bu dəfəki müharibə nə qədər uzansa da qalib tərəf olmayacaq. Hər iki tərəf yorulub əldən düşəndən və çox böyük itkilərə məruz qalandan sonra müvəqqəti sülh yaranacaq. 

Bəs, Qəzza bölgəsinda vahid qalibin olmamasına səbəb nədir?

Dünyanın qlobal gücləri Fələstin-İsrail qarşıdurmasının birdəfəlik sonlanmasını istəmir. Çünki heç bir ölkə azad və güclü İsrail dövlətini görmək istəmir. Məlum olduğu kimi, dünyanın bütün böyük dövlətlərində və aparıcı təşkilatlarda kifayət qədər yəhudi var. Həmin yəhudilərin qeyri-adi istedadı imkan verir ki, onların yaşadıqları və ya işlədikləri qurumda baş verən proseslərə təsir etsinlər. Ona görə də yəhudilərin qayğısız bir dövlət formalaşdırılması heç kimə sərf eləmir. 

Bu səbəbdən, qlobal güclər, məsələn ABŞ, Aİ üzvləri və digər ölələr üzdə İsraili dəstəkləsələr də fürsət düşdükcə HƏMAS-a da yardım edirlər. Əgər ABŞ və yaxud Avropa Yaxın Şərqdə davamlı sülhün olmasını istəsəydi, ən azından tərəflər arasında vasitəçilik edərdi. Lakin son 2 ayda hansısa dövlətin vasitəçilik təşəbbüsünü görməmişik. 

Əvəzində Qərb İsraili, Rusiya və Şərq ölkələri isə Fələstini yeni hücumlara təşviq edir. 

Beləcə, hər kəs çalışır ki, bu münaqişə uzun sürsün və tərəflər daha çox taqətdən düşsün. Nəzərə alaq ki, həm Qərb, həm də Şərq HƏMAS-a da, Fələstinə də ciddi yanaşmır. Ona görə də hər iki qütbün vahid hədəfi İsraildir. Həm Şərq, həm də Qərb çalışır ki, yaranmış vəziyyətdən İsrail daha böyük itkilərlə çıxsın. 

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəhidin övladı vəfat etdi

Şəhidin övladı vəfat etdi

Xalq artisti yeriyə bilmir, əməliyyat olunacaq – Özündən AÇIQLAMA

Xalq artisti yeriyə bilmir, əməliyyat olunacaq – Özündən AÇIQLAMA

Ağdam–Xankəndi dəmir yolu xəttində son vəziyyət –VİDEO

Ağdam–Xankəndi dəmir yolu xəttində son vəziyyət –VİDEO

"Buna görə Nəsibə Zeynalova 1 il mənimlə danışmadı"

"Buna görə Nəsibə Zeynalova 1 il mənimlə danışmadı"

Bakıda qızın qopmuş qolu yerinə bərpa olundu- Foto

Bakıda qızın qopmuş qolu yerinə bərpa olundu- Foto

Meloni İspaniyanı HƏDƏLƏDİ: “Şengen rejimini dayandırmağa hazırıq”

Meloni İspaniyanı HƏDƏLƏDİ: “Şengen rejimini dayandırmağa hazırıq”

Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə gündəmə gələn "Vital Hospital"ın fəaliyyəti DAYANDIRILDI

Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə gündəmə gələn "Vital Hospital"ın fəaliyyəti DAYANDIRILDI

Binəqədidə təkər tullantıları olan ərazi alovlandı - VİDEO

Binəqədidə təkər tullantıları olan ərazi alovlandı - VİDEO

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana GƏLİR

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana GƏLİR

Azərbaycanda həyat yoldaşının soyadını qəbul edən KİŞİLƏR

Azərbaycanda həyat yoldaşının soyadını qəbul edən KİŞİLƏR

Sadır Japarov vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

Sadır Japarov vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

“Bu dərmanlar narkotikdən də betərdir” - XƏBƏRDARLIQ - VİDEO

“Bu dərmanlar narkotikdən də betərdir” - XƏBƏRDARLIQ - VİDEO

Bu universitetdə elektron diplomların verilməsinə başlanıldı - FOTO

Bu universitetdə elektron diplomların verilməsinə başlanıldı - FOTO

Çimərliklər üçün sabahın HAVASI

Çimərliklər üçün sabahın HAVASI

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb - FOTO

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb - FOTO

Bakıda qadın keçmiş ərini döyüb

Bakıda qadın keçmiş ərini döyüb

Rusiyanın 23 regionunda benzin UCUZLAŞDI

Rusiyanın 23 regionunda benzin UCUZLAŞDI

Goranboyda sirkə turşusu qadının həyatına son qoydu

Goranboyda sirkə turşusu qadının həyatına son qoydu

Direktor işləmək istəyənlərin NƏZƏRİNƏ - Müsahibə mərhələsi başladı

Direktor işləmək istəyənlərin NƏZƏRİNƏ - Müsahibə mərhələsi başladı

1400-dən çox xəstə GÖZLƏYİR - Azərbaycanda donor niyə tapılmır?

1400-dən çox xəstə GÖZLƏYİR - Azərbaycanda donor niyə tapılmır?

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

Xəstənin komaya düşməsində ittiham olunan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU

Xəstənin komaya düşməsində ittiham olunan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU

Azərbaycanda iqtisadi artım PROQNOZU AÇIQLANDI

Azərbaycanda iqtisadi artım PROQNOZU AÇIQLANDI

Nuhi Abdinov nazir müavini TƏYİN EDİLDİ

Nuhi Abdinov nazir müavini TƏYİN EDİLDİ

End of content

No more pages to load

RADİO