Ombudsman: "Ermənistan mina xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir"

"Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal dövründə, habelə ondan sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki ərazilərimizdə çoxsaylı minalar və partlamamış hərbi sursatlar mövcuddur, qarşı tərəf isə hələ də onların xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, statistik məlumatlara əsasən, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək mülki şəxslərin üstünlük təşkil etdiyi 65 nəfər mina partlayışı nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb: 

"Ümumilikdə 1991-ci ildən bu günə kimi 357 nəfəri uşaqlar, 38 nəfəri isə qadınlar olmaqla 3416 nəfər minadan zərərçəkən qeydə alınıb". 

Ombudsman bildirib ki, çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və minlərlə insanın əlilliyinə səbəb olan qlobal mina terroru işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq, bərpa işlərinə, eləcə də ədalətli və davamlı sülhə ciddi maneə yaratmaqda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışı prosesini ləngitməkdə davam edir:
"Sonda bir daha Ombudsman təsisatı ilə səmərəli əməkdaşlığa və bugünkü dəyirmi masanın təşkil edilməsində fəal iştirakına görə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinə təşəkkürümü bildirir və tədbirin işinə uğurlar arzulayıram!". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bloqer Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər

Bloqer Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər

Təbiətə 227 min manatdan çox ziyan vuruldu

Təbiətə 227 min manatdan çox ziyan vuruldu

Xanəndə açıq ürək əməliyyatı keçirdi

Xanəndə açıq ürək əməliyyatı keçirdi

"Port Baku"da ev yanır - VİDEO

"Port Baku"da ev yanır - VİDEO

İspaniyaya axın edən miqrantların sayı açıqlanıb

İspaniyaya axın edən miqrantların sayı açıqlanıb

"Mənə paxıllıq edənlərin hamısı ölüb"

"Mənə paxıllıq edənlərin hamısı ölüb"

Rusiya səfiri Polşa XİN-ə çağırıldı

Rusiya səfiri Polşa XİN-ə çağırıldı

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsi HAZIRDIR - FOTO

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsi HAZIRDIR - FOTO

Əli Əsədovdan ictimai nəqliyyatla bağlı YENİ QƏRAR

Əli Əsədovdan ictimai nəqliyyatla bağlı YENİ QƏRAR

Magistraturada 3813 boş yer qaldı - Yeni müsabiqədə kimlər iştirak edə bilər?

Magistraturada 3813 boş yer qaldı - Yeni müsabiqədə kimlər iştirak edə bilər?

ADY-dən sürücülərə XƏBƏRDARLIQ - “Yol həmişə qatarındır”

ADY-dən sürücülərə XƏBƏRDARLIQ - “Yol həmişə qatarındır”

Xəzər rayonunda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Xəzər rayonunda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Bank “BTB”nin lisenziyası LƏĞV EDİLDİ

Bank “BTB”nin lisenziyası LƏĞV EDİLDİ

Sosial məzuniyyət kimlərə şamil edilir?

Sosial məzuniyyət kimlərə şamil edilir?

Mehriban Əliyeva Qırğızıstanda sağlamlıq və reabilitasiya mərkəzində - FOTO

Mehriban Əliyeva Qırğızıstanda sağlamlıq və reabilitasiya mərkəzində - FOTO

1 avqustda bizi nələr gözləyir? —ULDUZ FALI

1 avqustda bizi nələr gözləyir? —ULDUZ FALI

ADNSU-da 4 yeni ixtisas açıldı - Bu il ilk dəfə qəbul aparılacaq - FOTO

ADNSU-da 4 yeni ixtisas açıldı - Bu il ilk dəfə qəbul aparılacaq - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidməti avtomobillərinin sayı ARTIRILDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidməti avtomobillərinin sayı ARTIRILDI

"Space" TV-də yeni təyinat - Baş direktora müşavir təyin olundu

"Space" TV-də yeni təyinat - Baş direktora müşavir təyin olundu

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradıldı – QƏRAR

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradıldı – QƏRAR

Şuşada təcili tibbi yardım bölməsi – FOTO

Şuşada təcili tibbi yardım bölməsi – FOTO

Arzum qəza anından danışdı

Arzum qəza anından danışdı

Külək nə vaxt zəifləyəcək?

Külək nə vaxt zəifləyəcək?

Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu -YENİLƏNİB/FOTO

Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu -YENİLƏNİB/FOTO

End of content

No more pages to load

RADİO