Avropa Komissiyası Avropa Şurasına Aİ və Türkiyə arasında Gömrük İttifaqının modernləşdirilməsi layihəsi üzrə müzakirələri bərpa etməyi tövsiyə edib.
Bizim.Media xəbər verir ki, təklifin şərtinə əsasən, “Türkiyə Aİ-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər çərçivəsində öz ərazisindən keçmək problemini həll etməlidir”.
Qeyd edək ki, Avropa İttifaqı ilə Türkiyə arasında 1996-cı ildə imzalanmış Gömrük İttifaqı Türkiyə ilə Aİ ölkələri arasında ticarətdə gömrük məhdudiyyətlərini aradan qaldırır.
Gömrük ittifaqı hazırkı formada ikitərəfli ticarət üstünlüklərinin tətbiq olunduğu kənd təsərrüfatını əhatə etmir.
Bizim.Media