Ağ Evin QARANLIQ ÜZÜ – ABŞ Meksikanı işğal etməklə necə supergücə ÇEVRİLDİ?

Dünyanın super gücü rolunda çıxış edən ABŞ bu məqama heç də sözdə bəyan etdiyi kimi azad rəqabət və demokratik dəyərlərə önəm verməsi nəticəsində çatmayıb. ABŞ-ın bütün tarixi işğalçılıq müharibələrilə doludur. Bu da həmin ölkənin qaranlıq tarixindən xəbər verir. 

XVIII əsrin sonlarında yaranan ABŞ az keçməmiş özü müstəmləkəçilik yoluna qədəm qoyur. Bu ölkə indiki geniş ərazilərinə əsasən məhz başqa torpaqları tutmaqla nail olub. ABŞ müstəmləkəçilik tarixinə XIX əsrin 30-40-cı illərdən başlayıb. 

Onun bu yolda ilk qurbanı isə Meksika olub.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-dan Talibana TAPŞIRIQ – Əfqanıstan yeni savaşa SÜRÜKLƏNİR 


Gənc Amerika imperiyası əsasən məhz Meksika torpaqlarının işğalı hesabına böyüyərək, mənfəət əldə edib. Onu qeyd edək ki, həmin dövrdə Meksika ərazi baxımından ABŞ-dan böyük idi. Kaliforniya, Texas və Yeni Meksikadakı böyük ərazilər ona məxsus idi. 

ABŞ tarixinin əsas işğalçı prezidenti Çeyms Polk olub. O, 1844-cü il seçkilərinə Texas və Areqonun aneksiyası şüarı ilə gedib. Həmin dövrlərdə ABŞ ekspansiyasının başlıca mənbəyi pambıq istehsalının geniş yayıldığı cənub idi. Hansı ki, pambıq plantasiyalarında qara dərili qullar çalışırdı. Lakin XIX əsrin 30-cu illərində “beş sivil tayfa”nın qərbə köçürülməsi və buradakı torpaqlarının işğalından sonra pambıq istehsalını həyata keçirmək üçün cənubdakı torpaqlar tükənir. 

Nəticədə pambıq plantasiyaları üçün yeni torpaqlara ehtiyac yaranır. 

Belədə, 1845-ci ildə ABŞ Texası öz ərazisinə birləşdirir. Bəhanə kimi də İngiltərənin hansısa bir işğalçı planlarına qarşı çıxmaq məqsədi göstərilir. Bundan sonra ABŞ Texasdan şimaldakı Komançeri, cənubda isə Meksikaya məxsus Rio-Qrandı ələ keçirməyə çalışır. 

ABŞ-ın Kaliforniyanı ələ keçirmək üçün ilk cəhdi 1842-ci ildə baş verir. Həmin dövrdə ABŞ eskadrası Kaliforniyanın mərkəzi olan Monterreyi tutur. Onu da qeyd edək ki, XIX əsrin 30-40-cı illərində Meksika ərazisi hinduların bir sıra iri həcmli hücumlarına məruz qalır. Bunun nəticəsi olaraq Meksikanın şimal rayonları viran qalıb. 

Bəhanə həmişə tapılır...

Bu zaman Vaşinqton Meksikaya Kaliforniyanı 25 milyon, Yeni Meksikanı isə 5 milyon dollara ABŞ-a satmağı təklif edir. Meksikanın bu təklifə razı olmamasını bəhanə edən ABŞ sonda bu ölkəyə qarşı müharibəyə əl atır. Özü də Amerikanın başlatdığı bu müharibə əsasən cənubun quldar plantatorlarının maraqlarına cavab verirdi. 

Müharibəyə başlamaq üçün isə ideoloji əsas olaraq Monro doktrinası əsas götürülür. Bu dokrtinaya görə, Amerikanı amerikalılar idarə etməlidir, avropalılar, hindular, meksikalılar ona müdaxilə edə bilməzlər. 

1846-cı ilin martında Amerika ordusu Meksika ərazisinə keçərək, Rio-Qrand şəhərinə çatır və Matamoros şəhərini müasirəyə alırlar. ABŞ-ın o zamankı Prezidenti isə konqresdə bəyan edir ki, guya meksikalılar ABŞ ərazisinə daxil olaraq, amerikalıların qanını töküb. 
Hücum edən Amerika ordusu 1846-cı ilin sentyabrında Meksikanın şimal-şərqindəki Monterrey şəhərini ələ keçirir və burada talançılıqla məşğul olurlar. Digər cəbhədə hücuma keçən ABŞ ordusu Yeni Meksikaya daxil olaraq 1846-cı ilin sentyabrında həmin əraziləri də ələ keçirir. ABŞ-ın tutduğu ştatlarda partizan hərəkatı başlayır. 

Lakin ABŞ ordusu onlara amansız divan tutur. 

Növbəti il ABŞ ordusu hətta Meksikanın paytaxtı Mexikonu tutmaq qərarına gəlir. Nəticədə Amerika ordusu Verakruza çıxaraq paytaxta doğru irəliləyir və 1847-ci ilin sentyabrında şəhəri ələ keçirirlər. 

Bu qələbədən sonra Vaşinqtonun iştahası daha da artır. Onlar əvvəllər Meksikanın yarısını ələ keçirmək istəyirdilərsə, indi ərazinin üçdə ikisini tutmaqda israrlı idilər. Prezident Polk hətta bütün Meksikanın işğalında maraqlı idi. 

Tərəflər arasında 1848-ci ilin fevralında bağlanan müqaviləyə görə, iki ölkə arasında sərhəd Rio-Qranda müəyyən edildi. Meksika 15 milyon dollara öz ərasinin 55 faizini, 2,3 milyon kv.km-lik ərazini itirməli oldu. Bu isə indiki ABŞ ərazisinin az qala 25 faizi deməkdir. 

Bu əraziləri tutduqdan sonra tezliklə Kaliforniyada qızıl yataqları aşkarlandı. 

Nəticədə qızıl atəşfəşanlığı başladı və minlərlə amerikalı qərbə axışdı. 

Amma bununla da ABŞ-ın Meksikaya qarşı təcavüzünə son qoyulmadı. ABŞ 1853-cü ildə 10 milyon dollara Meksikanın daha 120 kv.km-lik ərazisinə özünə qatır. Bu ərazilər indiki Arizona və Nyu-Meksika ştatlarının bir hissəsidir. 

Onu da bildirək ki, ABŞ-ın Meksikadan qopardığı ərazilərdə hazırda Kaliforniya, Arizona, Nyu-Meksika, Nevada, Yuta, Kolorado və Vayominq ştatının bir hissəsi yerləşir.

Maraqlıdır ki, ABŞ-ın əsas təbii ehtiyatları və dəyərli mədənləri məhz bu ərazilərdə yerləşir. Həmin ehtiyatlar hesabına sənayesi inkişaf edən ABŞ yavaş-yavaş supergücə çevrilməyə başladı.

Qeyd edək ki, Kaliforniya (3,5 trilyon dollar) və Texas (2,1 trilyon dollar) ÜDM-in həcminə görə Amerika ştatları içərisində ilk iki pillənin sahibidirlər. Ölkə iqtisadiyyatının 21,5 faizi məhz bu iki ştatda cəmləşib. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini açıqladı

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Bakının bu rayonunda 15 bina söküləcək

Bakının bu rayonunda 15 bina söküləcək

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

Yaxın 2 gündə HAVA necə olacaq?

Yaxın 2 gündə HAVA necə olacaq?

Binədə güclü yanğın – VİDEO

Binədə güclü yanğın – VİDEO

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

End of content

No more pages to load

RADİO