Ərdoğan Yunanıstan səfəri haqda: "Ölkələrimiz arasında yeni səhifə açılacaq"

"Dekabrın 7-nə planlaşdırdığımız Yunanıstan səfərinə bizim yanaşmamız belədir. Dünən qonşumuz Yunanıstanla münaqişələrimiz olub, sabah da ola bilər. Eləcə də bu münaqişələrdən faydalanmaq istəyənlər də olacaq. Amma bu, o demək deyil ki, biz eyni dənizi, eyni iqlimi, eyni coğrafiyanı paylaşan iki qonşu ölkə kimi dil tapa bilmərik. Qarşılıqlı etimada əsaslanan əməkdaşlığımızı inkişaf etdirə biləcəyimiz bir çox mövzular var. Səfərimiz zamanı bunlara diqqət yetirmək niyyətindəyik. Ümid edirəm ki, Yunanıstana səfərimiz ölkələrimiz arasında yeni səhifənin açılmasına səbəb olacaq".

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində rəhbərlik etdiyi, ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) qrup toplantısında çıxışı zamanı səsləndirib.

Almaniya və Əlcəzairə səfərləri barədə danışan Ərdoğan deyib ki, bu səfərlər zamanı ikitərəfli ticarət, humanitar, siyasi və müdafiə məsələləri ətraflı müzakirə edilib:

"Türkiyə Almaniya ilə 50 milyard ABŞ dolları səviyyəsində olan ikitərəfli ticarət həcmini qısa müddətdə 60 milyard dollara çatdırmaq istəyir. Əlcəzairlə isə bu il 6 milyard dollara çatacaq ticarət həcmini 10 milyard dollara çatdırmağı hədəfləyir".

İsrail-Fələstin qarşıdurmasına toxunan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu günə qədər Misir ilə əməkdaşlıq çərçivəsində Türkiyədən 12 təyyarə və bir gəmi dolu yardım vasitəsi Qəzzaya göndərilib:

"Ümumilikdə 1500 ton humanitar yardım vasitələri daşıyan ikinci gəmi bu gün yola çıxacaq. Xərçəng xəstələri və uşaqlar başda olmaqla yaralılar Türkiyəyə gətirilərək müalicəsi davam etdirilir. Hazırda Türkiyə tərəfindən Qəzzada qurulacaq səhra xəstəxanaları üçün yer müəyyənləşdirilir".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini açıqladı

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Bakının bu rayonunda 15 bina söküləcək

Bakının bu rayonunda 15 bina söküləcək

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

Yaxın 2 gündə HAVA necə olacaq?

Yaxın 2 gündə HAVA necə olacaq?

Binədə güclü yanğın – VİDEO

Binədə güclü yanğın – VİDEO

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

End of content

No more pages to load

RADİO