Rusiya ordusunun general-mayoru Vladimir Zavadski Ukraynada döyüş bölgəsində həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.
Mənbə yazır ki, Zavadskinin ölümü avtomobilin mina tərəfindən partladılması nəticəsində baş verib.
O, Rusiya Silahlı Qüvvələrinin 14-cü Ordu Korpusunun komandir müavini vəzifəsində çalışırmış.
Bəzi KİV-lər general-mayorun Xerson istiqamətində rusların basdırdığı minada partladığını iddia edirlər.
Bizim.Media