Amerikalı biznesmen və “X” sosial şəbəkəsinin sahibi İlon Mask bu gün İsrailə səfər edəcək.
Bizim.Media “Reuters” agentliyinə istinadən xəbər verir ki, Mask səfəri zamanı İsrail Prezidenti İshaq Hersoqla görüşəcək.
Görüşdə yaxınları HƏMAS qruplaşması tərəfindən Qəzzada saxlanılan israillilər də iştirak edəcək.
Bununla yanaşı, biznesmen İsrailin Baş naziri Benyamin Netanyahu ilə də danışıqlar aparacaq.
Bizim.Media