Pakistanda ticarət mərkəzində yanğın baş verib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kəraçi şəhərində yerləşən ticarət mərkəzində qeydə alınıb.
Hadisə nəticəsində azı 11 nəfər ölüb, 35 nəfər yaralanıb.
Yaralılardan 7-nin vəziyyətinin ağır olduğu qeyd olunub.
Bizim.Media