Odessadan Liberiya bayrağı altında taxıl daşıyan “Georgia S” yük gəmisi Qara dənizdə minaya düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Ukrrudprom” nəşri məlumat yayıb.
“Dörd dəniz və ticarət mənbəsi bildirib ki, buğda ilə yüklənmiş Liberiya bayraqlı “Georgia S” yükdaşıyan gəmi cümə axşamı Yujnı limanından (Ukraynanın Odessa vilayətində yerləşir - Qeyd) hərəkət edərkən açıq dənizdə minaya düşərək zədələnib”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media