Sahibə Qafarova Ermənistanın yalanlarını İFŞA ETDİ 

Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyasının 56-cı plenar iclasında çıxışında Ermənistan tərəfinin yalanlarını növbəti dəfə ifşa edib. 

Bu barədə Bizim.Media-ya Milli Məclisdən məlumat verilib. 

Spiker bildirib ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra Ermənistanla beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib.

Lakin Qarabağı sözdə Azərbaycan ərazisi kimi tanıyan Ermənistan təəssüf ki, bu üç il ərzində siyasi və hərbi təxribatlarla məşğul olub.

Ermənistan nəinki Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməyərək, öz silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmayıb, həm də oraya silah, sursat və hərbi qulluqçuların daşınmasını davam etdirib. 

Sahibə Qafarova qeyd edib ki, işğal dövründə basdırdığı və sayı milyondan çox olan minalarla yanaşı, Ermənistan işğaldan azad edilmiş əraziləri də minalamaqda davam edib.
Bu il sentyabrın 2-də Ermənistanın baş naziri Azərbaycanın qanuni ərazilərində Ermənistanın yaratdığı və fəal şəkildə dəstəklədiyi separatçı rejimi qondarma “müstəqillik” günü münasibətilə təbrik edib. Sentyabrın 9-da isə bu qeyri-qanuni qurum qondarma “prezident seçkiləri” keçirib.

Bu addımları Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş təxribatçı addımlar kimi qiymətləndirən Milli Məclisin sədri vurğulayıb ki, 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş torpaqlarımıza qəsdən yerləşdirdiyi minaların partlaması nəticəsində 6 mülki şəxs və polis əməkdaşı həlak olub.

Ümumiyyətlə isə, müharibədən sonrakı dövrdə mina partlayışları nəticəsində 340-a yaxın insan həlak olub və ya yaralanıb. 

Çıxışında bu ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri barədə də məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, bu tədbirlər Azərbaycanın öz Konstitusiya quruluşunu bərpa etmək və qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək məqsədi daşımışdır. 23 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tam tərksilah edilib, Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimə son qoyaraq, beynəlxalq səviyyədə tanınmış ərazisi üzərində suverenliyini tam bərpa edib. 

Spiker Sahibə Qafarova xüsusilə vurğulayıb ki, antiterror tədbirləri zamanı Azərbaycan beynəlxalq humanitar hüquqa tam uyğun hərəkət edib. Belə ki, bu tədbirlər zamanı mülki əhaliyə və mülki infrastruktura heç bir ziyan dəyməyib.

Eləcə də, heç bir “etnik təmizləmə”, ermənilərin Qarabağdan məcburi köçürülməsi ilə bağlı bir fakt belə qeydə alınmayıb. Bunu bölgəyə səfər etmiş iki BMT missiyası da təsdiqləyib.
Bu aşkar faktlara baxmayaraq, Ermənistanın hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti aldatmaqda davam etdiyini söyləyən Sahibə Qafarova, Ermənistanın iddialarının yalan olduğunu bir daha bəyan edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı: 1 milyon 600 min...

Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı: 1 milyon 600 min...

Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO

Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO

İtaliya İspaniya ilə Şengen sazişini dayandırdı

İtaliya İspaniya ilə Şengen sazişini dayandırdı

3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı

3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı

Masallıda açıq ərazi yanır – VİDEO

Masallıda açıq ərazi yanır – VİDEO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Türkiyədə bələdiyyə sədri həbs edilib

Türkiyədə bələdiyyə sədri həbs edilib

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu ölkə adını DƏYİŞDİ

Bu ölkə adını DƏYİŞDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Ronaldo evlənir?

Ronaldo evlənir?

Tramp "Patriot" istehsal texnologiyalarını niyə gizli saxladığını AÇIQLADI

Tramp "Patriot" istehsal texnologiyalarını niyə gizli saxladığını AÇIQLADI

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

Günayın tətil qarderobu – VİDEO

Günayın tətil qarderobu – VİDEO

Göyçayda suvarma kanalı yarıldı – Ərazilər su altında qaldı – FOTO

Göyçayda suvarma kanalı yarıldı – Ərazilər su altında qaldı – FOTO

Makron miqrant böhranına görə İspaniyaya kömək TƏKLİF ETDİ

Makron miqrant böhranına görə İspaniyaya kömək TƏKLİF ETDİ

Binanın altından metroya keçid inşa edilir? - VİDEO

Binanın altından metroya keçid inşa edilir? - VİDEO

ABŞ İranın Hörmüz boğazı ilə bağlı iddialarına: “Bu yalandır”

ABŞ İranın Hörmüz boğazı ilə bağlı iddialarına: “Bu yalandır”

Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tərkibini DƏYİŞDİ

Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tərkibini DƏYİŞDİ

End of content

No more pages to load

RADİO