Spiker: "Ermənistan sülh sazişini imzalamaq əvəzinə beynəlxalq platformalarda çirkin kampaniya aparır"

“Ermənistan Azərbaycanın təklif etdiyi sülh sazişini imzalamaq əvəzinə, ölkəmizə qarşı beynəlxalq platformalarda çirkin kampaniya aparır, uydurma ittihamlarla beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bişkekdə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə deyib. 

S.Qafarova regionda mövcud olan vəziyyət barədə geniş məlumat verib. O, 2020-ci ildə Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistana suverenlik və ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsi imzalanmasını təklif etdiyini xatırladaraq, əlavə edib ki, Ermənistan bu müqaviləni imzalamaqdan boyun qaçırmaq üçün bütün vasitələrə əl atıb, Üçtərəfli Bəyanat ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib, siyasi və hərbi təxribatlar törədib, Azərbaycan ərazilərinin minalanmasını davam etdirib, ərazilərimizdəki qanunsuz rejimi dəstəkləməyə davam edib. 

Spiker diqqətə çatdırıb ki, bütün bu təxribatlara cavab olaraq, Azərbaycan bu ilin sentyabr ayında 24 saatdan az davam edən lokal antiterror tədbirləri həyata keçirib və ölkəmiz nəticədə öz suverenliyini bərpa edib.

Antiterror tədbirləri zamanı yalnız qanunsuz hərbi birləşmələr və hərbi infrastruktur hədəf olub və mülki əhali və obyektlərə heç bir zərər dəyməyib. Regiona səfər edən BMT-nin iki missiyası da bu faktı təsdiq edib. 

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan regionda daimi sülh və təhlükəsizliyin təmin olunmasını istəyir və sülh müqaviləsinin imzalanması regionda davamlı sabitlik və təhlükəsizliyin yaranmasına gətirib çıxaracaq. 
Spiker bəzi dövlətlərin Ermənistanın yalanlarına istinad edərək, Azərbaycana qarşı bu yalan kampaniyasına qoşulmasından təəssüfünü ifadə edib, bunun yolverilməz olduğunu bildirib. 

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı: 1 milyon 600 min...

Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı: 1 milyon 600 min...

Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO

Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO

İtaliya İspaniya ilə Şengen sazişini dayandırdı

İtaliya İspaniya ilə Şengen sazişini dayandırdı

3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı

3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı

Masallıda açıq ərazi yanır – VİDEO

Masallıda açıq ərazi yanır – VİDEO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Türkiyədə bələdiyyə sədri həbs edilib

Türkiyədə bələdiyyə sədri həbs edilib

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu ölkə adını DƏYİŞDİ

Bu ölkə adını DƏYİŞDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Ronaldo evlənir?

Ronaldo evlənir?

Tramp "Patriot" istehsal texnologiyalarını niyə gizli saxladığını AÇIQLADI

Tramp "Patriot" istehsal texnologiyalarını niyə gizli saxladığını AÇIQLADI

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

Günayın tətil qarderobu – VİDEO

Günayın tətil qarderobu – VİDEO

Göyçayda suvarma kanalı yarıldı – Ərazilər su altında qaldı – FOTO

Göyçayda suvarma kanalı yarıldı – Ərazilər su altında qaldı – FOTO

Makron miqrant böhranına görə İspaniyaya kömək TƏKLİF ETDİ

Makron miqrant böhranına görə İspaniyaya kömək TƏKLİF ETDİ

Binanın altından metroya keçid inşa edilir? - VİDEO

Binanın altından metroya keçid inşa edilir? - VİDEO

ABŞ İranın Hörmüz boğazı ilə bağlı iddialarına: “Bu yalandır”

ABŞ İranın Hörmüz boğazı ilə bağlı iddialarına: “Bu yalandır”

Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tərkibini DƏYİŞDİ

Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tərkibini DƏYİŞDİ

End of content

No more pages to load

RADİO