Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İtaliyanın Baş naziri Ciorcia Meloni ilə telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, telefon söhbəti zamanı Yaxın Şərqdəki münaqişə fonunda davam edən böhranla bağlı son hadisələrə toxunulub.
Tərəflər regiondakı bu çətin vəziyyətdə təhlükəsizlik və sabitliyə töhfə verməyə hazır olduqlarını bir daha vurğulayıblar.
Söhbət zamanı iki ölkə arasındakı sıx əlaqələr də nəzərdən keçirilib.
Bizim.Media