105 yaşını Xankəndidə qeyd edən BAYRAĞIMIZ 

Bayraq milli kimlikdir. Dünyada hər bir dövlət ilk anda bayrağından tanınır. Təsadüfi deyil ki, BMT-nin qarşısında 192 üzv dövətlərin bayraqları asılıb. Nə xoş bizə ki, bayraq sıralamasında ilk onluqda müqəddəs üçrəngli bayrağımız dalğalanır. 

Hər dəfə BMT-nin Nyu-Yorkdakı baş ofisi qarşısındakı bayraqlar paradına baxanda içimizdən bir qürur, fəxarət seli axır. Çünki dünyada yüzlərlə xalq var. Lakin onların 90 faizinin bayrağı nəinki BMT-nin ofisi qarşısında, heç öz topaqlarında belə dalğalanmır. Bu mənada nə xoş bizim halımıza. Deməli, imzalar içində imzası olan dövlətlərdən biri də Azərbaycandır.

Bu günə uzun və çətin bir yol keçib gəldik

1992-ci ilin 2 mart tarixinə-bayrağımızın BMT-nin Mərkəzi ofisi qarşısında dalğalanan günə kimi çox məşəqqətlər yaşayıb, çox acılar çəkmişik. Ən azından 70 il üçrəngli müqəddəs bayrağımızı bolşeviklərin təhdidi səbəbi ilə qəlbimizdə və sandıqlarımızda saxlamışıq.  

Nəhayət, 1988-ci ilin noyabr ayında üçrəngli bayrağımız Azadlıq meydanında yenidən dalğalandı. Amma, o zaman çoxları buna müqəddəs and yeri kimi yox, sadəcə rəngli bez parçası kimi baxırdı. Moskvanın göstərişi ilə o zaman bu bayraqlar vətənpərvər insanların əlindən alındı. 

Xatırladaq ki, üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. Amma sovetlər dönəmində bu bayraqdan imtina edilib.

Nəhayət,1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 

Bu tarixi hadisədən 4 ay sonra, 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib. 

İndi bu müqəddəs bayraq təkcə qəlblərdə deyil, bütün meydanlarda, hökümət, dövlət binalarının üzərində dalğalanır. Lakin, unutmayaq ki, indi bayrağımız daha qürurla və şövqlə dalğalanır.

Amma əvvəl belə deyildi. Çünki qalib ölkənin bayrağı daha möhtəşəm və hörmətli olur. Necə ki bu gün bunu biz daha aydın şəkildə görürük. Bayrağımıza dil uzadanların cavabı anındaca verilir. Çünki biz qalib və qüdrətli Azərbaycanın təmsilçiləriyik. 

Çox təəssüf ki, əvvəllər belə deyildi

Müstəqilliyin ilk illərində dəfələrlə müşahidə etmişəm ki, beynəlxalq tədbirlərdə bayrağımız əzik halda asılıb. Hətta bayrağımızın tərsinə asıldığını da az görməmişəm. O zamanlar çox sınmışam, utanmışam. Çünki məğlub duruma salınmış, qlobal güclərin qarşısında güclə ayaqda qalan bir dövlətin bayrağına münasibət bundan artıq ola bilməzdi. 

15-20 ilin söhbətidir. Dövlət qurumlarından birinə getmişdim. Baxdım ki, qurumun binasının üzərindəki bayrağımızın yarısını külək aparıb. Görüş zamanı bununla bağlı iradımı rəhbərliyə bildirdim.

Qurumun müdir müavini iradıma iradla cavab verdi: 

“Dərdimiz elə budurmu? Parçadır də, külək cırıb, uşaqlara deyərəm, dəyişərlər”.

Çox utandım, sındım.

Gör, nəyi nəylə müqayisə edirlər?!

Bir dəfə Şamaxıya gedirdim. Su almaq üçün Xocasən ərazisində avtomobili saxladım. Baxdım ki, yaxınlıqdakı evlərin birinin üzərində nəhəng bir bayraq tərsinə asılıb. Yenə üzüldüm. Dözə bilməyib evin həyət qapısını döydüm. Yaşlı bir kişi qapını açdı. Amma gülab iyi kişidən qabaq mənə çatdı. Barmağımı dişlədim ki, bu da özgə baltasına sap olanlardandır. Təxminimdə yanılmadım. Bəlli oldu ki, kişi “ibadət əhlidir”. Dedim ki, “ağsaqqal bayrağı tərs asmısan, onu düzəltsən, yaxşı olar”.

Ev yiyəsi mənim sözümü yarımçıq kəsdi:

“İslam müstəqillikdən əvvəl gəlib. Ona görə də müsəlmançılığın rəmzi yuxarıda olmalıdır. Ona görə belə asmışam”.

Mübahisə etmədim. Hər şey aydın idi. Müvafiq qurumlara müraciət edəndən sonra bayrağın asılmasındakı “səhv” aradan qaldırıldı.

Belə günlərimiz vardı...

Nəhayət, 2020-ci ilin payızında hər şey dəyişdi. Azərbaycanın igid oğulları bu bayraq uğrunda şəhid olandan, torpaqlarımız işğaldan azad olunandan sonra bayrağa münasibət də dəyişdi. Üç rəngli bayraq təkcə qəlblərdə yox, müqəddəs məkanlarda da fəxarətlə dalğalandı. İndi Xankəndidə, Şuşada, Laçında və digər işğaldan azad olunmuş şəhərlərimizdə Azərbaycan bayrağı qürurla, şövqlə dalğalanır. 

İndi evlərdən asılmış bayraqlara da çox rast gəlirik. Bu isə o anlama gəlir ki, bu mənzil şəhid ailəsinə məxsusdur. Və hər kəs sorğusuz-sualsız həmin ailəyə ehtiramını bildirir. 

Çünki

“Bayraqları bayraq yapan üstündəki qandır,
Topraq, əgər uğrunda ölən varsa, Vətəndir”  

Bu gün müqəddəs üçrəngli bayrağımız yaxın-uzaq yerlərdə qürurla dalğalanır. Bu bayraq təkcə qüdrətli bir dövləti, qalib bir xalqı yox, həm də regional gücü təmsil edir. Bu bayraq həm də dünyaya yeni sülh elçisini tanıdır, təqdim edir.

Ona görə də var ol, Üçrəngli Azərbaycan Bayrağı. Doğum günün mübarək!

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BÜRCLƏRİN ən yaxşı dostları

BÜRCLƏRİN ən yaxşı dostları

Gülben Ergen “İnstagram”dan ayda 400 min QAZANIR

Gülben Ergen “İnstagram”dan ayda 400 min QAZANIR

Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı: 1 milyon 600 min...

Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı: 1 milyon 600 min...

Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO

Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO

İtaliya İspaniya ilə Şengen sazişini dayandırdı

İtaliya İspaniya ilə Şengen sazişini dayandırdı

3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı

3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı

Masallıda açıq ərazi yanır – VİDEO

Masallıda açıq ərazi yanır – VİDEO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Türkiyədə bələdiyyə sədri həbs edilib

Türkiyədə bələdiyyə sədri həbs edilib

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu ölkə adını DƏYİŞDİ

Bu ölkə adını DƏYİŞDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Ronaldo evlənir?

Ronaldo evlənir?

Tramp "Patriot" istehsal texnologiyalarını niyə gizli saxladığını AÇIQLADI

Tramp "Patriot" istehsal texnologiyalarını niyə gizli saxladığını AÇIQLADI

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

Günayın tətil qarderobu – VİDEO

Günayın tətil qarderobu – VİDEO

Göyçayda suvarma kanalı yarıldı – Ərazilər su altında qaldı – FOTO

Göyçayda suvarma kanalı yarıldı – Ərazilər su altında qaldı – FOTO

Makron miqrant böhranına görə İspaniyaya kömək TƏKLİF ETDİ

Makron miqrant böhranına görə İspaniyaya kömək TƏKLİF ETDİ

Binanın altından metroya keçid inşa edilir? - VİDEO

Binanın altından metroya keçid inşa edilir? - VİDEO

End of content

No more pages to load

RADİO