“Stokholm Türkiyəyə silah ixracı ilə bağlı məsələdə müəyyən işlər görüb. Lakin, təəssüf ki, indiyədək ölkədə PPK təşkilatına qarşı heç bir addım atılmayıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfəri sonrası təyyarədə jurnalistlərlə söhbətində bildirib.
“İsveç NATO-ya üzvlüklə bağlı Ankaranın dəstəyini qazanmaq üçün PPK təşkilatına qarşı heç bir tədbir görməyib. Bizim vəzifəmiz bu məsələni parlamentə təqdim etmək idi və biz onu etdik”, - deyə Ərdoğan qeyd edib.
Bizim.Media