Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürdü, digəri...

Bakıda biznes adı ilə 3 milyon manata yaxın dələduzluq etməkdə ittiham olunan ortaqlardan biri özünü öldürüb, digəri həbs edilib.

Bizim.Media xəbər verir ki, bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Böyük həcmli cinayət işinin qısa məzmunu ondan ibarətdir ki, 50 yaşlı Zaur Mövlamov biznesmen tanışı Nizami Həsənovla əlbir olaraq iki nəfərin 2 milyon 560 min manat pulunu ələ keçiriblər.
 

Əsas zərərçəkmiş isə Rasim Aslanovdur. Rasim təqsirləndirilən şəxslərin siqaret biznesinə sərmaya yatırmaq və yüksək gəlir qazanmaq üçün 2 milyon 430 min manat pul qoyub. Digər zərərçəkmiş Musa Əliyev isə eyni niyyətlə 110 min manat pul verib. Rasimlə Musa sonuncu dəfə aldadılsalar da, əvvəllər bu biznesdən böyük pullar qazanıblar.


Zaur Mövlamovun sözlərinə görə, əvvəllər işləri yaxşı gəlir gətirirmiş. Əsasən Dubaydan ucuz qiymətə aldıqlarını Bakıya gətirərək baha satıblar. Lakin sonradan işlərində problem yaranıb, yatırılan pullar da batıb. Amma Mövlamov özünü tam təqsirli bilməyib, işi aparan əsas adamın Nizami Həsənov olduğunu deyib. O özünü əsasən vasitəçi qismində görüb. Elə cinayət əməlinə görə də birlikdə məsuliyyətə cəlb olunublar, istintaqın ortasında Nizami özünü asaraq intihar edib.

“3-cü gün Nizamiyә zәng etdim, lakin zәng çatmadı. Bir müddәt sonra atası zәng edib Nizaminin özünü asdığını dedi. Bunu eşidəndə şok oldum, dərhal Nizamigilin Bilgәhdәki bağ evinә getdim. Nizaminin yerdә üstü örtülü halda meyitini gördüm”, - Z.Mövlamov deyib.

Təqsirləndirilən şəxs ifadəsinin davamında bildirib ki, yas mərasimindən sonra Nizaminin atası ilə danışıb, mərhum oğlunun borcu olduğunu deyib. Lakin bu da bir nəticə verməyib. Hətta sonradan çox pis vəziyyətə düşüb, 200 manata belə ehtiyacı olub.
 

Sonradan şikayətlər əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Araşdırma nəticəsində Zaur Mövlamov polis müstəntiqinin vəsatəti əsasında həbs edilib, Nizami barəsindəki cinayət işinə isə ölümü ilə bağlı bəraətverici əsaslar olmadan xitam verilib.


Zərərçəkmiş şəxslər isə indi pullarını Zaurdan tələb edirlər. Onlar məhkəmədə şikayətçi olduqlarını, pullarını geri istədiklərini deyiblər. Əlavə olaraq ağır cəza tələb ediblər.

Hakim Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə kollegiyası yekunda təqsirləndirilən şəxsə verilmiş ittihamı sübuta yetirilmiş hesab edib.

Hökmə əsasən, Zaur Mövlamov xüsusilə külli miqarda dələduzluqda təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib. Bundan əlavə, zərərçəkmişlərin mülki iddiaları da təmin olunub. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs vurduğu ziyanı zərərçəkmişlərə geri ödəməlidir. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Argentina millisindən Messinin gedişinə REAKSİYA

Argentina millisindən Messinin gedişinə REAKSİYA

Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Cem Yılmaz evə buraxıldı

Cem Yılmaz evə buraxıldı

"Neftçi" xorvatiyalı futbolçunu heyətinə qatdı

"Neftçi" xorvatiyalı futbolçunu heyətinə qatdı

End of content

No more pages to load

RADİO