Ermənistan Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib

Hadrut qəsəbəsində ermənilərin köməksiz buraxıb getməsi nəticəsində uzun müddət qidasız və susuz qalması səbəbindən sağlamlıq durumu ağırlaşmış vəziyyətdə aşkar olunan 84 yaşlı Mişa Melkumyanı Azərbaycan tərəfi oktyabrın 29-da BQXK-nın vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəyib. Lakin qarşı tərəf qeyri-insani davranış göstərərək M.Melkumyanı təhvil almaqdan imtina etmişdir.

Bizim.Media-nın xəbərinə görə bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda bildirilir:

“Ürəyin xroniki işemiyası, böyrək çatışmazlığı, pnevmoniya, yataq yaraları və digər ağır xəstəliklərdən əziyyət çəkən M.Melkumyan dərhal xəstəxanaya yerləşdirilmiş, onun sağlamlıq durumunun yaxşılaşdırılması istiqamətində bütün zəruri tibbi prosedurlar həyata keçirilmiş və müvafiq qaydada sənədləşdirilmişdir.

M.Melkumyanın vəziyyətinin ağır olması BQXK-nın həkim mütəxəssisləri tərəfindən də təsdiq edilmişdir. Görülmüş tədbirlərə baxmayaraq, M.Melkumyan oktyabrın 30-u gecə saatlarında keçinmiş və xəstəliyi ilə bağlı epikriz BQXK-ya təqdim olunmuşdur.

Onun nəşinin BQXK-nın vasitəçiliyi ilə verilməsi üçün ilkin razılığın əldə olunmasına və Azərbaycan tərəfindən bütün təşkilati işlərin görülməsinə baxmayaraq, Ermənistan bir daha beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik göstərmiş və M.Melkumyanın nəşini qəbul edib həmin ölkədə yaşayan ailə üzvlərinə çatdırılmasından imtina etmişdir.

M.Melkumyanı əsir götürülmüş şəxs kimi təqdim etmək cəhdləri Ermənistanın özünün qeyri-insani hərəkətlərini ört-basdır etmək üçün yalan kampaniyasının tərkib hissəsidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pişiklərə qulluq etmək üçün 4 könüllü axtarılır

Pişiklərə qulluq etmək üçün 4 könüllü axtarılır

Rubik kubikini gözləri bağlı 11,56 saniyəyə yığdı - Dünya rekordunu yenilədi - VİDEO

Rubik kubikini gözləri bağlı 11,56 saniyəyə yığdı - Dünya rekordunu yenilədi - VİDEO

Zelenski Rusiyanın hərbi obyektlərinə endirilən zərbələri təsdiqlədi - VİDEO

Zelenski Rusiyanın hərbi obyektlərinə endirilən zərbələri təsdiqlədi - VİDEO

Rusiya ROZETKA-nın ən böyük anbarını yenidən hədəfə aldı - FOTO

Rusiya ROZETKA-nın ən böyük anbarını yenidən hədəfə aldı - FOTO

ABŞ-da ən böyük volfram yatağı aşkar edildi

ABŞ-da ən böyük volfram yatağı aşkar edildi

Hacıqabulda ağır qəza: Sürücünün həyat yoldaşı HƏLAK OLDU

Hacıqabulda ağır qəza: Sürücünün həyat yoldaşı HƏLAK OLDU

Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər HƏBS EDİLDİ

Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər HƏBS EDİLDİ

“AzerGold” QSC və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə milli kino seansı keçirildi - FOTO

“AzerGold” QSC və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə milli kino seansı keçirildi - FOTO

“İlanlı qız” psixiatriya xəstəxanasına göndərildi

“İlanlı qız” psixiatriya xəstəxanasına göndərildi

Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu

Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu

Naxçıvan şəhərinin bu ərazilərində işıq olmayacaq

Naxçıvan şəhərinin bu ərazilərində işıq olmayacaq

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Belqorod vilayətinə hücumlar: 3 ölü, 3 yaralı var

Belqorod vilayətinə hücumlar: 3 ölü, 3 yaralı var

Qubada 2 minik avtomobili toqquşdu - 5 nəfər xəsarət aldı

Qubada 2 minik avtomobili toqquşdu - 5 nəfər xəsarət aldı

Təhsil tələbə kreditlərinə müraciət başlayır - SABAHDAN

Təhsil tələbə kreditlərinə müraciət başlayır - SABAHDAN

Gürcüstanda dövlət universitetlərində təhsil pulsuz olacaq

Gürcüstanda dövlət universitetlərində təhsil pulsuz olacaq

Qara dənizdə Rusiyanın "Yanina" konteyner gəmisi batdı - VİDEO

Qara dənizdə Rusiyanın "Yanina" konteyner gəmisi batdı - VİDEO

Türkiyənin hərbi sistemi Azərbaycan Ordusunun arsenalına daxil edildi

Türkiyənin hərbi sistemi Azərbaycan Ordusunun arsenalına daxil edildi

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTO

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTO

Xocavənd rayonunda bir nəfər minaya düşdü - Həyati təhlükəsi yoxdur

Xocavənd rayonunda bir nəfər minaya düşdü - Həyati təhlükəsi yoxdur

Avtomobil 8 yaşlı uşağı vurdu - FOTO

Avtomobil 8 yaşlı uşağı vurdu - FOTO

Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatır - RƏSMİ

Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatır - RƏSMİ

Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi

Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi

Şəkidə 58 yaşlı kişini “tok” öldürdü

Şəkidə 58 yaşlı kişini “tok” öldürdü

End of content

No more pages to load

RADİO