Türkiyədə tələbələr Fələstinə dəstək məqsədilə aksiya keçiriblər.
Bizim.Media xəbər verir ki, İstanbul Medipol Universitetinin tələbələri “Starbucks” restoranlar şəbəkəsinin filialını bağlamaqdan imtina edən universitet rektoruna qarşı etiraz aksiyası keçiriblər.
Qeyd edək ki, son həftələr Türkiyədə “McDonald's”, “Burger King”, “Starbucks”, “Coca-Cola” və s. kimi brendlərə qarşı geniş yayılmış boykot kampaniyası müşahidə olunur.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.