BU QURUMDA maliyyə nöqsanları aşkarlandı

Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.

Sənədə əsasən, audit zamanı avtomobil yollarına ayrılan vəsaitlərin effektivliyi təhlil olunub.

Müqayisə nəticəsində müəyyən edilib ki, 2024-cü ildə (piyada keçidləri, tunellər, körpülər və yol ötürücüləri nəzərə alınmadan) 1 kilometr yol üçün orta hesabla 17 012 manat vəsait ayrılıb. Bu göstərici 2023-cü ildəki 17 037 manatla müqayisədə demək olar ki, dəyişməyib.
 

Eyni zamanda, 2024-cü ildə Fondun gəlirlərini formalaşdıran mənbələr üzrə daxilolmaların ümumi məbləği 330 milyon manat proqnoza qarşı 506,43 milyon manat və yaxud 153,5 % səviyyəsində icra olunub ki, bu da 176,4 milyon manat artıq vəsait deməkdir.


Auditdə qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) maliyyə fəaliyyətində, xüsusilə xərclər smetasının planlaşdırılması və icrası sahəsində çatışmazlıqlar mövcuddur.

Belə ki, maliyyə vəsaitlərinin idarə olunması zamanı Vergi Məcəlləsinin, eləcə də Maliyyə Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş mühasibat uçotu qaydalarının tələblərinə tam əməl olunmayıb. Xərclərin gəlirdən çıxılan (əməliyyat xərcləri) və çıxılmayan (kapitallaşdırılmalı xərclər) istiqamətlər üzrə düzgün qruplaşdırılması təmin edilməyib.

Bu isə maliyyə uçotunun beynəlxalq standartlara uyğun aparılmasında problemlərin olduğunu göstərir.

Bundan əlavə, Agentlik 2024-cü ilin xərclər smetasında və müvafiq qaydalarda nəzərdə tutulmadığı halda məqsədli büdcə fondunun vəsaitləri hesabına 19 milyon 599,5 min manatı bank kreditləri üzrə ödənişlərə yönəldib.
 

Auditə görə, bu yanaşma avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, eləcə də təhkim zolaqlarının saxlanılması və təmiri ilə bağlı xərclərin qarşılanmasında məhdudiyyətlər yaradıb, eyni zamanda dövlət büdcəsinin borclarla bağlı hesabatlılığında uyğunsuzluqlara səbəb olub.


Qeyd olunub ki, ümumilikdə bu sahədə vəsaitlərin planlaşdırılması və icrası istiqamətində zəruri tədbirlərin tam həyata keçirilməməsi maliyyə idarəçiliyinin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DTX-nin saxlandığı Saleh Səmədova cəza istənildi

DTX-nin saxlandığı Saleh Səmədova cəza istənildi

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dilan Polat nəzarətə götürüldü

Dilan Polat nəzarətə götürüldü

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

End of content

No more pages to load

RADİO