İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin Livandakı “Hizbullah” hərəkatını tərksilah etmək üçün hərbi və diplomatik təzyiq göstərdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə “NBC News” yazır.
"Livandakı kampaniyanın əsas məqsədi “Hizbullah”ı tərksilah etmək və şimal icmalarının yaratdığı təhlükəni hərbi və diplomatik tədbirlərin kombinasiyası ilə aradan qaldırmaqdır", - Katz bu gün səhər Qüdsdəki Herzl dağında həlak olmuş israillilər üçün Milli Xatirə Zalında keçirilən tədbirdə bildirib.
O əlavə edib ki, əgər Livan hökuməti öhdəliklərini yerinə yetirməməyə davam edərsə, SAXAL bunu davamlı hərbi əməliyyatlar yolu ilə edəcək.
Bizim.Media