Türkiyədə Ramazan ayında karantin rejimi sərtləşdiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, Ramazan ayında restoran və kafelərdə yalnız çatdırılma xidməti fəaliyyət göstərəcək. Türkiyədə imsaq və iftar təşkil edilməyəcək.
Ölkədə axşam saat 21:00-dan səhər 05:00-a qədər komendant saatı davam edəcək.
Bizim.Media