Almaniya kansleri Olaf Şolts Avropa İttifaqı ölkələrini İsraili dəstəkləməyə dəvət edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şolts Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (Aİ) Liderlər Zirvəsindən sonra jurnalistlərə açıqlaması zamanı bildirib.
“Biz İsraili HƏMAS-ın dəhşətli hücumuna qarşı müdafiə etməkdə dəstəkləyirik. Odur ki, bütün əsirlərin azad edilməsi üçün səy göstərəcək və Qəzzaya humanitar yardımı davam etdirəcəyik”, - deyə Şolts qeyd edib.
Bizim.Media