İsveç Qurani-Kərimi yandırma aksiyalarını təşkil edən Salvan Momikanın yaşayış icazəsini yeniləməyəcək və ona 5 il müddətinə krallığa qayıtmaq qadağan ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə “TV4” İsveç Miqrasiya Agentliyinə istinadən xəbər verib.
Qeyd olunur ki, ötən gün verilən qərarla Momikanın krallıqda yaşamaq icazəsi ləğv edilərək deportasiya olunacaq.
Momika da öz növbəsində artıq bu qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Bizim.Media