“Twitter”, yeni adı ilə “X” sosial platformasında yeni funksiya yaradılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “X”-in rəhbəri amerikalı milyarder İlon Mask məlumat verib.
O bildirib ki, sosial latformada artıq video və audio zənglər funksiyası da əlavə edilib. Bununla da “X”-də artıq həm adi həm də görüntülü zənglər gerçəkləşdirmək mümkün olacaq.
Bizim.Media