“Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqlarında Dağlıq Qarabağdakı münaqişənin həlli ilə bağlı geniş mövzuları müzakirə edir”.
Bizim Media-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin mətbuat katibi Dağlıq Qarabağda Rusiya sülhməramlılarının iştirakını istəyən Paşinyanın sözlərini şərh edərək, bunun yalnız hər iki tərəfin razılığı ilə mümkünlüyünü deyib.
Rusiya sülhməramlılarını münaqişə zonasına Azərbaycanın razılığı ilə göndərməyə hazır olub-olmadığı sualına cavabında isə qeyd edib:
“İndi burada bəzi son mülahizələrə əsaslanmaq istəməzdim”.
Peskov Rusiya Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə Dağlıq Qarabağda Rusiya sülhməramlı missiyasının yaradılmasının mümkünlüyünü müzakirə edib-etmədiyi məqamına isə belə aydınlıq gətirib:
“Prezident Putin Bakı və İrəvandakı həmkarları ilə danışıqlarında mümkün həll yolu ilə əlaqəli ən geniş aspektlərə toxunur”.
Bizim Media