Erməni terror təşkilatları son 53 ildə 31 türk diplomatını qətlə yetirib

Türkiyənin Vyanadakı səfiri Daniş Tunalıgilin erməni terror təşkilatları ASALA və JCAG tərəfindən öldürülməsindən 48 il ötür. Səfir 1975-ci il oktyabrın 22-də terrorçuların mənfur hücumu nəticəsində qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, erməni terror təşkilatlarının 1970-ci ildən indiyədək xaricdə yaşayan türklərə qarşı etdikləri sui-qəsdlər nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı qətlə yetirilib.

Türklərə qarşı terror yolu ilə mübarizə məqsədilə ilk dəfə 1975-ci ildə ASALA terror təşkilatı yaradılıb. Türkiyə ilə yanaşı, bəzi ölkələri də hədəfə alan təşkilat ilk dəfə 1975-ci il yanvarın 20-də Dünya Kilsələr Şurasının Beyrut bürosuna hücum edib.

Digər erməni terror təşkilatı JCAG isə 1975-ci ildə Livanın paytaxtı Beyrutda qurulub. Həmin il oktyabrın 22-də Vyanada Türkiyənin bu ölkədəki səfiri Daniş Tunalıgilin qətlini də məhz ASALA və JCAG terror təşkilatları öz üzərilərinə götürüblər.

1973-cü il yanvarın 27-də ABŞ-ın Santa Barbara şəhərində Türkiyənin Los-Ancelesdəki səfiri Mehmet Baydar və konsul Bahadır Demirin erməni əsilli Qurgen Mıgırdiç Yanıkyan tərəfindən öldürülmələri ermənilər tərəfindən türk diplomatlara qarşı həyata keçirilən ilk sui-qəsd olub.

Sonralar Türkiyənin Parisdəki səfiri İsmail Erez (1975), Vatikandakı səfiri Taha Carım (1977), Sidneydəki baş konsulu Şarık Aynak (1980), Los-Ancelesdəki baş konsulu Kemal Arıkan (1982), Bostondakı baş konsulu Orxan Gündüz (1982) və Belqraddakı səfiri Qalip Balkar (1983) da erməni terror təşkilatlarının qurbanı olublar.
Bundan əlavə, erməni terrorçuları tərəfindən həyata keçirilən sui-qəsdlər zamanı 1991-ci və 1994-cü illərdə Türkiyənin Yunanıstandakı səfirliyinin əməkdaşları Çetin Görgü və Ömer Haluk Sipahioğlu, 1993-cü ildə Türkiyənin İraqdakı səfirliyinin attaşesi Çağlar Yücel, 2004-cü ildə Türkiyənin Mosuldakı baş konsulluğunun attaşeləri Nihat Akbaş, Bilal Urgen, Adem Çiçek, Bülent Kıranşal və Süleyman Karahasanoğlu, 2013-cü ildə Türkiyənin Somalidəki səfirliyinin əməkdaşı Sinan Yılmaz və bu il Türkiyənin Ərbildəki baş konsulluğunun əməkdaşı Osman Köse qətlə yetiriliblər.

Türk diplomatlarla yanaşı, onların ailə üzvləri və sürücüləri də terror təşkilatlarının hücumuna məruz qalıblar. Belə ki, Türkiyənin İspaniyadakı səfiri Zeki Kuneralpın həyat yoldaşı Necla Kuneralp və sabiq səfir Beşir Balcıoğlu 1978-ci ildə səfirliyə aid avtomobilə silahlı hücum zamanı öldürülüblər.

Türkiyənin Portuqaliyadakı səfirliyinin attaşesi Erkut Akbayın həyat yoldaşı Nadide Akbay da eyni şəkildə öldürülüb. Türkiyənin Portuqaliyadakı səfirliyinin əməkdaşı Yurtsev Mıhçıoğlu və onun həyat yoldaşı Cahide Mıhçıoğlu da səfirliyə hücum zamanı qətlə yetiriliblər.

Bu sui-qəsdlərin əksəriyyəti ASALA və JCAG terror təşkilatları tərəfindən törədilib.

Bundan əlavə, 1983-cü il iyulun 15-də ASALA terror təşkilatı tərəfindən “Türk Hava Yolları”nın Parisin Orli aeroportundakı ofisinin qarşısına yerləşdirilən partlayıcı maddənin işə düşməsi nəticəsində ikisi Türkiyə, dördü Fransa, biri ABŞ və biri İsveç vətəndaşı olmaqla səkkiz nəfər həlak olub, 28-i türk olmaqla 55 nəfər yaralanıb.

Bu qanlı terror aktlarına baxmayaraq, “erməni soyqırımı” iddialarının müdafiəçisi olan Ermənistan rəhbərliyi və diasporu erməni terrorunu unutdurmağa çalışır, terror təşkilatlarının və terrorçuların xatirəsinə müxtəlif tədbirlər keçirir, abidələr ucaldırlar.
Ermənistanın paytaxtı Yerevandakı "Yerablur" dövlət hərbi qəbiristanlığında ASALA terror təşkilatının üzvlərinin xatirəsinə ucaldılan abidə və ASALA terrorçularının “qəhrəman” kimi tanıdılması məqsədilə nəşr edilən kitablar bunun bariz nümunəsidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynadan Polşaya xəbərdarlıq: "Heç kim bizimlə ultimatumla danışa bilməz" – VİDEO

Ukraynadan Polşaya xəbərdarlıq: "Heç kim bizimlə ultimatumla danışa bilməz" – VİDEO

Azərbaycan-Avropa İttifaqı münasibətlərində YENİ DÖNƏM – Strateji tərəfdaşlığın əsas İSTİQAMƏTLƏRİ

Azərbaycan-Avropa İttifaqı münasibətlərində YENİ DÖNƏM – Strateji tərəfdaşlığın əsas İSTİQAMƏTLƏRİ

Bakı və Gəncədə TəhsilPlus kartı ilə ictimai nəqliyyatda 10% məbləğ geri QAYTARILACAQ

Bakı və Gəncədə TəhsilPlus kartı ilə ictimai nəqliyyatda 10% məbləğ geri QAYTARILACAQ

Budanovdan müharibə ilə bağlı proqnoz: "İlin sonuna qədər…”

Budanovdan müharibə ilə bağlı proqnoz: "İlin sonuna qədər…”

İşğal altındakı Krımda rabitə böhranı: Mobil operatorlar "fövqəladə rouminq"ə keçir

İşğal altındakı Krımda rabitə böhranı: Mobil operatorlar "fövqəladə rouminq"ə keçir

Səhiyyə nazirinin müavini təyin edilən Rüfət Hacıəlibəyov kimdir? – DOSYE

Səhiyyə nazirinin müavini təyin edilən Rüfət Hacıəlibəyov kimdir? – DOSYE

Kiyevdə ölənlərin sayı 19-a çatdı

Kiyevdə ölənlərin sayı 19-a çatdı

Rüfət Hacıəlibəyov səhiyyə nazirinin müavini TƏYİN EDİLDİ

Rüfət Hacıəlibəyov səhiyyə nazirinin müavini TƏYİN EDİLDİ

Moskvaya kütləvi dron hücumu: Belqorodda "Qazprom"un obyekti vuruldu – VİDEO

Moskvaya kütləvi dron hücumu: Belqorodda "Qazprom"un obyekti vuruldu – VİDEO

"İmkanımız olsa da, uşaqlara hər istədiklərini almaq olmaz" - FOTO

"İmkanımız olsa da, uşaqlara hər istədiklərini almaq olmaz" - FOTO

Moskvada ilk robot toyu OLACAQ – VİDEO

Moskvada ilk robot toyu OLACAQ – VİDEO

Cessika Alba gənc sevgilisi ilə - FOTO

Cessika Alba gənc sevgilisi ilə - FOTO

Meksikalı futbolçular 1 milyon dollarlıq hədiyyədən imtina etdi - FOTO

Meksikalı futbolçular 1 milyon dollarlıq hədiyyədən imtina etdi - FOTO

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Azərbaycanda yanğınların əsas başvermə səbəbləri açıqlandı – RƏSMİ

Azərbaycanda yanğınların əsas başvermə səbəbləri açıqlandı – RƏSMİ

Beyni 13 il “cavanlaşdıran” vərdiş məlum oldu

Beyni 13 il “cavanlaşdıran” vərdiş məlum oldu

DİQQƏT! AZAL-ın Bakı–Naxçıvan reysləri bərpa olundu

DİQQƏT! AZAL-ın Bakı–Naxçıvan reysləri bərpa olundu

İran Hörmüzdə iki ticarət gəmisini vurdu: ABŞ-ın cavabı nə olacaq?

İran Hörmüzdə iki ticarət gəmisini vurdu: ABŞ-ın cavabı nə olacaq?

ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb

ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb

Leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Ukraynalı uşaqlar Bakıya gəldilər

Ukraynalı uşaqlar Bakıya gəldilər

Paxlava davası böyüdü - UNESCO-ya yeni faktlar

Paxlava davası böyüdü - UNESCO-ya yeni faktlar

Avro bahalaşdı, rus rublu ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rus rublu ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Diqqətlər Ankarada: Ərdoğan-Tramp görüşünün vaxtı açıqlandı

Diqqətlər Ankarada: Ərdoğan-Tramp görüşünün vaxtı açıqlandı

End of content

No more pages to load

RADİO