Müdafiə Nazirliyi və İsrail Müdafiə Qüvvələri (IDF) Livanla sərhədə yaxın daha 14 yaşayış məntəqəsində mülki əhalinin təxliyyə edilməsi planlarını açıqlayıblar.
Bizim.Media xəbər verir ki, qərar İsrailin müdafiə naziri Yoav Qalant tərəfindən təsdiqlənib.
Təxliyyə Livanın şiə Hizbullah qruplaşmasının raket hücumları fonunda həyata keçirilir.
Eyni zamanda, İDF Livanla sərhəddə yerləşən Avivim ərazisi istiqamətində tank əleyhinə raketlər buraxmağa çalışan silahlılara zərbə endirdiyini bildirib.
Bizim.Media