Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, liderlər qarşılıqlı maraq doğuran məsələlər barədə danışıblar. Onlar, həmçinin Yaxın Şərqdəki durumu, o cümlədən İsraillə Fələstin arasındakı hərbi toqquşmanı müzakirə ediblər.
Ərdoğan qeyd edib ki, Türkiyə regionda sabitliyin əldə olunması üçün bütün səyləri göstərməyə hazırdır.
Bizim.Media