Parlamentlərarası işçi qrupu Çex Respublikasının qətnaməsinə ETİRAZ EDİB 

Çex Respublikası Senatının regionumuzda baş verən proseslərə dair qəbul etdiyi qeyri-obyektiv, mövcud reallıqları təhrif edən qətnaməsi təəssüf doğurur. Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupu olaraq, bu qərəzli qətnaməyə qəti etirazımızı bildiririk. 

Bizim.Media xəbər verir ki, bu sözlər Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun bəyanatında yer alıb. 

Bəyanatda deyilir:

“Növbəti dəfə erməni lobbisinin və onun havadarlarının öz yalan iddiaları ilə beynəlxalq ictimaiyyəti aldatmasının şahidi oluruq. Halbuki, İşçi qrupu 18-20 oktyabr 2023-cü il tarixlərində Çex Respublikası parlamentində keçirdiyi görüşlərdə Ermənistanın siyasi və hərbi təxribatları, Azərbaycanın sülh təşəbbüsləri, antiterror tədbirlərinin səbəbləri, mahiyyəti və nəticələri, Azərbaycan hökuməti tərəfindən Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üzrə görülən tədbirlər, sosial və humanitaryönümlü fəaliyyətlər haqda çexiyalı həmkarlarını ətraflı şəkildə məlumatlandırmışdır. 

Təəssüflər olsun ki, bəzi Avropa ölkələrinin, xüsusilə Avropa Parlamentindəki destruktiv qüvvələrin təsiri və təzyiqi Azərbaycana qarşı bu cür qeyri-obyektiv addımların atılmasına və sənədlərin qəbul edilməsinə rəvac verir. Bu fakt, öz-özlüyündə həmin sənədlərdə irəli sürülən iddiaların nə dərəcədə əsassız olduğunu bariz şəkildə nümayiş etdirir. 

Qəbul edilmiş qətnamə bir sıra məqamlarına görə xüsusilə narazılıq doğurur. Azərbaycanın Qarabağ bölgəsinin adının təhrif edilməsini ölkəmizin ərazi bütövlüyünə qarşı atılmış addım kimi qəbul edirik. Çex Respublikası Senatına BMT-nin ixtisaslaşmış qurumlarının bölgəyə iki dəfə səfər etdiyini və mülki əhaliyə qarşı heç bir zorakılıq hallarının baş vermədiyini öz hesabatlarında da təsdiqlədiklərini xatırlatmaq istərdik.
Qətnamədə mədəni və tarixi abidələrə zərər yetirilməməsi ilə bağlı səsləndirilən çağırışa münasibətdə isə bildiririk ki, Azərbaycanda bütün mədəni və dini abidələr heç bir ayrı-seçkilik edilmədən dövlət tərəfindən qorunmaqdadır. Biz, öz növbəmizdə, çexiyalı həmkarları Ermənistanın həm 30 il ərzində işğal altında qalmış torpaqlarımızda, həm də indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus yüzlərlə tarixi, mədəni və dini abidəni yerlə-yeksan etməsi məsələsinə diqqət yetirməyə çağırırıq. 

Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupu olaraq, Çex Respublikası Senatının qəbul etdiyi bu qətnaməni bir daha qətiyyətlə rədd edirik”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hamamda duş lifi ilə yuyunanlara xəbərdarlıq

Hamamda duş lifi ilə yuyunanlara xəbərdarlıq

Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO

Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO

Xırdalanda obyekt yandı – VİDEO

Xırdalanda obyekt yandı – VİDEO

Qonşumuz 633 hektarlıq nəhəng şəhər salır - 6 mindən çox ev, iki yeni körpü

Qonşumuz 633 hektarlıq nəhəng şəhər salır - 6 mindən çox ev, iki yeni körpü

İstilər pik həddə çatacaq, fevraladək davam edəcək - Xəbərdarlıq

İstilər pik həddə çatacaq, fevraladək davam edəcək - Xəbərdarlıq

Cəmi 6 aya necə “robotlaşmaq” olur? – Süni intellektdən sui-istifadə edənlərə XƏBƏRDARLIQ

Cəmi 6 aya necə “robotlaşmaq” olur? – Süni intellektdən sui-istifadə edənlərə XƏBƏRDARLIQ

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Sahil Tahirli: "Qərb mediasının “üç meymun” siyasəti artıq heç kimi təəccübləndirmir"

Sahil Tahirli: "Qərb mediasının “üç meymun” siyasəti artıq heç kimi təəccübləndirmir"

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Son günlər uşaqlar arasında yayılan virusa qarşı nə edilməlidir? - VİDEO

Son günlər uşaqlar arasında yayılan virusa qarşı nə edilməlidir? - VİDEO

Kamil Zeynallı Tailandda “döyüldü” - VİDEO

Kamil Zeynallı Tailandda “döyüldü” - VİDEO

İqlim dəyişikliyi dünyanın ən təhlükəli yeməyinə də TƏSİR ETDİ

İqlim dəyişikliyi dünyanın ən təhlükəli yeməyinə də TƏSİR ETDİ

BÜRCLƏRİN kişiləri aşiq olduqda necə davranırlar?

BÜRCLƏRİN kişiləri aşiq olduqda necə davranırlar?

“Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq…”

“Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq…”

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Bakının iki rayonunda qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

3 BÜRC üçün pul və uğur qapıları açılır

3 BÜRC üçün pul və uğur qapıları açılır

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Mahir Emreli yenə qol vurdu – VİDEO

Mahir Emreli yenə qol vurdu – VİDEO

End of content

No more pages to load

RADİO