Qəzza zolağında vəziyyətin gərginləşməsindən sonra İsrail ərazisində ölən Rusiya vətəndaşlarının sayı 19 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS-a Rusiyanın İsraildəki səfirliyinin mətbuat katibi Marina Ryazanova məlumat verib.
Ryazanova bildirib ki, daha 7 rusiyalının adı itkin düşənlərin siyahısındadır.
Mətbuat katibinin sözlərinə görə, səfirlik İsrail tərəfi ilə razılaşdırılaraq, eləcə də Rusiya Daxili İşlər Nazirliyi vasitəsilə müvafiq yoxlama aparır və itkin düşən vətəndaşların yerini müəyyən etməyə çalışır.
Bizim.Media