BMT-nin baş katibi Antonio Quterreş oktyabrın 19-da Misirə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, Quterreş Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi və digər rəsmilərlə regiondakı vəziyyəti müzakirə edəcək.
Səfər zamanı BMT rəsmisi Misirdə humanitar yardım üçün Qəzza zolağına çıxış məsələsini də gündəmə gətirəcək.
Bizim.Media