İranın cənubunda 5,5 maqnitudada zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri 352 min insanın yaşadığı Bəndər Abbas şəhərindən 30 km şimalda olub. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.
Bizim.Media