Şevçenko: “Separatizmlə mübarizə aparan dövlətlər Azərbaycandan nümunə götürürlər” – MÜSAHİBƏ

“Azərbaycanın qələbəsi Moldova kimi separatizmlə mübarizə aparan bütün dövlətlər üçün bu problemin ardıcıl və effektiv şəkildə kökünün kəsilməsinin parlaq nümunəsi olacaq”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Moldovanın tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenko deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qərb Ermənistanı “suriyalaşdırmaq” planını AKTİVLƏŞDİRİR – TƏHLİL 


Azərbaycan və Ermənistan arasında sülh, anklavların geri qaytarılması, Zəngəzur dəhlizinin açılmasının vacibliyi ilə bağlı suallarımızı cavablandıran politoloq, İrəvanın Bakını yeni müharibəyə təhrik etmək üçün planlar üzərində çalışdığını deyib.

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Şevçenko, Azərbaycan və Moldovanı dostluq münasibətləri bağlayır. Azərbaycan bayrağı artıq Xankəndidə dalğalanır. Moldovada Azərbaycanın tarixi qələbəsinə münasibət necədir?

- Əvvəla, mən Azərbaycan xalqını tarixi qələbə - 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilən antiterror tədbiləri nəticəsində Qarabağdakı separatçı rejimin məhv edilməsi, Azərbaycan bayrağının Xankəndidə dalğalanması münasibətilə təbrik etmək istərdim. Saxta rejim oranı özünə saxta paytaxt etmişdi. Və nəhayət, Azərbaycan Respublikasının ərazi bütövlüyünün yekun bərpasına nail olundu. 

Bu, Azərbaycan rəhbərliyinin, xüsusilə də şəxsən Prezident İlham Əliyevin Azərbaycan xalqının, onun ədalətli mübarizəsində Azərbaycanı dəstəkləyən bütün dünya dövlətlərinin yaddaşında əbədi qalacaq çox böyük uğurdur. Azərbaycanın qələbəsi Moldova kimi separatizmlə mübarizə aparan bütün dövlətlər üçün bu problemin ardıcıl və effektiv şəkildə kökünün kəsilməsinin və aradan qaldırılmasının parlaq nümunəsi olacaq

- Regionda sülh üçün müsbət şərait yaradılıb. Lakin müharibədən 3 il vaxt keçir. Biz sülhü görmürük. Azərbaycanın tələbləri dəyişməzdir. Bəs, İrəvana sülh üçün nə və ya kimlər maneə olur?

- Qarabağda separatizmə son nöqtə qoyulanda Azərbaycan yeni çağırışlarla üzləşir. Onlardan biri Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması ilə Cənubi Qafqazda köklü şəkildə dəyişmiş vəziyyətin hüquqi qeydiyyata alınmasıdır. Demək lazımdır ki, Azərbaycan və Ermənistan liderləri buna çoxdan hazırdırlar. Liderlər ölkələrin ərazi bütövlüyünü tanıyan və Qarabağın Azərbaycan ərazisinin bir hissəsi kimi qəti şəkildə tanınmasını nəzərdə tutan sülh müqaviləsi imzalamaq niyyətlərini bildiriblər. 

Paşinyanın düşmənləri - “Qarabağ klanı”, yəni Robert Köçəryan və Serj Sarkisyan maneələrə davam edirlər. Digər tərəfdən, rəsmi Bakı Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan Zəngəzur dəhlizi ilə bağlı məsələnin həllini tələb edir. 
İkincisi, əvvəlki illərdə ələ keçirilən bir neçə Azərbaycan anklavı Ermənistanın nəzarətində qalır. Bu iki arqument və anti-Paşinyan koalisiyası sülh müqaviləsinin imzalanmasına mane olur.

- Yəni Paşinyan iqtidarı sülh istəyir, sadəcə zaman qazanır?

- Bəli, hələ də kifayət qədər nüfuzlu, Kremllə sıx bağlı olan “Qarabağ klanı”nın fəaliyyətini neytrallaşdırmaq üçün Paşinyan zamanla oynamağa, Azərbaycana heç bir güzəştə getmədiyini iddia etməyə, müqavimət göstərməyə, şikayət etməyə məcburdur. Fransa və onun digər xarici müdafiəçiləri xırda məsələlərdə fəal sövdələşmələr aparır, Azərbaycan hakimiyyətini hərbi güc tətbiq etməyə təhrik edirlər.

Paşinyan əsas məqsədə çatmaq üçün Azərbaycanla sülh müqaviləsinin imzalamalı və Ermənistan Qarabağın birdəfəlik tərk edilməsi məsuliyyətindən azad olmalıdır ki, bu, həm Ermənistanda, həm də xaricdəki erməni diasporunda çox ağrılı şəkildə qarşılanacaq. Düşünürəm ki, o zaman anklavların və Zəngəzur dəhlizinin Azərbaycana verilməsindən sonra da, Paşinyanın hakimiyyətini saxlaması mümkün olacaq.

- Ermənistan sülhdən imtina etsə, onun aqibəti necə olacaq?

- Bu, ilk baxışda nə qədər kinli görünsə də, sülhdən imtina etmək və Ermənistanın Azərbaycan ordusundan qaçılmaz hərbi məğlubiyyətə uğraması da Paşinyanın planlarına tamamilə daxildir. Siyasi karyerasında ilk dəfə deyil ki, Paşinyan bu variantdan istifadə edir. 2018-ci ildə Ermənistanda hakimiyyətə gələndə Paşinyan praktik və ayıq siyasətçi kimi Azərbaycanla hərbi toqquşmanın Ermənistan üçün fəlakətlə bitəcəyini çox gözəl anlayırdı. 

Amma bilirdi ki, bu baş vermədən nəticə qazanmaq mümkün deyil. Əks halda, 1991-ci ildən sonra Ermənistanı idarə edən və Ermənistanın “müqəddəs tarixi əraziləri”nə, yəni Qarabağa arxalanan siyasətçilərin güclü “Qarabağ klanı”na qalib gəlmək, onları seçki bazasından məhrum etmək, xalq qarşısında nüfuzdan salmaq mümkün olmazdı. 

Bunsuz bütün erməni mətbuatında Azərbaycana güzəştin heç bir halda mümkün olmadığını “ürək ağrısı ilə” qışqıran Daşnaksütyunun başçılıq etdiyi erməni ekstremist dəstələrini kənara atmaq mümkün deyildi.

Buna görə də Paşinyan vaxtaşırı Azərbaycanı hətta öz müxalifətinin məğlubiyyətini sürətləndirmək üçün hərbi güc tətbiq etməyə təhrik edirdi. O, 44 günlük müharibədəki məğlubiyyəti məharətlə öz xeyrinə çevirdi və 2021-ci ilin iyun seçkilərində uğurla qalib gəldi.

İndi o, eyni şeyi təkrarlamaq niyyətindədir, Zəngəzur dəhlizi və anklavlar məsələsində sona qədər israr edir və Azərbaycan rəhbərliyini yenidən hərbi güc tətbiq etməyə sövq edir. Dəhlizin və anklavların məğlubiyyətindən və itirilməsindən sonra Paşinyan yenə öz xalqına deyəcək:

“Görürsünüz, mən erməni maraqlarını müdafiə edərək sona qədər mübarizə aparmışam. Amma şərait bizim əlehimizə idi və biz təslim olmaq məcburiyyətində qaldıq”. Bu, Paşinyanın hakimiyyətini və hətta həyatını qorumaq üçün, demək olar ki, yeganə variantdır. Əks halda, yerli ekstremistlər onu çoxdan güllələyərdilər. Çünki onların, tarixi 19-cu əsrin ikinci yarısına qədər uzanan siyasi qətllərlə bağlı nəhəng təcrübələri var.

- Bu fikirlərdən belə nəticəyə gəlmək olar ki, Ermənistan Azərbaycanı anklavlar və dəhlizlə bağlı yenidən güc tətbiq etməyə vadar edəcək?!

- Güman etmək olar ki, Paşinyan yenə də Zəngəzur dəhlizi və anklavlarla bağlı məsələnin həllini son dəqiqəyə qədər ləngidəcək, hətta Azərbaycanı yeni hərbi əməliyyata təhrik edəcək, səbri tükənənə qədər gözləyəcək və güc tətbiq etməyə vadar edəcək. Ona görə də yaxın gələcəkdə Azərbaycanın Zəngəzurda hərbi əməliyyatlara başlaması qaçılmaz olacaq. Onu da qeyd etmək yerinə düşərdi ki, bu yeni müharibədə Ermənistanın hərbi müttəfiqləri olmayacaq. 

- Bəs Ermənistanın havadarları? Onlar buna göz yumacaqlar?

- Hətta Azərbaycana rəğbət bəsləməyən və Ermənistanı demək olar ki, açıq şəkildə dəstəkləyən İran rəhbərliyi də bunun Türkiyənin dərhal müdaxiləsinə səbəb olacağını anlayaraq Ermənistanın tərəfindən münaqişəyə daxil olmaq istəməz. Qədim tarixi olan fars diplomatiyası, İranı bu lazımsız və təhlükəli silahlı münaqişəyə cəlb etməmək üçün mümkün olan hər şeyi edəcək. 

Sadəcə olaraq vacibdir ki, Azərbaycan rəhbərliyi bunun üçün beynəlxalq aləmdə lazımi diplomatik hazırlıqları həyata keçirə bilsin, mümkün qədər çox dünya dövlətinin dəstəyini alsın və onları inandırsın ki, onun planlarında İrəvanın nəzarətə götürülməsi, şəhərlərin dağıdılması kimi məqamlar yoxdur. 

Zəngəzur tarixən Azərbaycan torpağı olub. Fransa, İran və Amerika siyasətçilərinin təsiri azaldıldıqdan sonra bu əməliyyat həyata keçiriləcək. Şübhəsiz ki, bu, Azərbaycanın növbəti hərbi qələbəsi ilə başa çatacaq.
- Cənab Şevçenko, müsahibə və dəyərli fikirləriniz üçün təşəkkür edirik.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə həyatını itirdi – FOTOLAR

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə həyatını itirdi – FOTOLAR

NATO-dan Ukraynaya dəstək: "Zərbələr Putini danışıqlara məcbur etmək üçündür" - FOTO

NATO-dan Ukraynaya dəstək: "Zərbələr Putini danışıqlara məcbur etmək üçündür" - FOTO

Bakıda 40 yaşlı kişi küçədə VƏFAT ETDİ

Bakıda 40 yaşlı kişi küçədə VƏFAT ETDİ

Məktəblərdə vahid geyim yanaşması ilə bağlı layihə son oxunuşda QƏBUL EDİLDİ

Məktəblərdə vahid geyim yanaşması ilə bağlı layihə son oxunuşda QƏBUL EDİLDİ

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi – FOTO

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi – FOTO

Qusarda yük maşını aşdı: Badımcanlar yol kənarına töküldü

Qusarda yük maşını aşdı: Badımcanlar yol kənarına töküldü

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Qarpız bu şəxslər üçün zərərlidir

Qarpız bu şəxslər üçün zərərlidir

Brejnevin nəticəsi Ukrayna əsirliyində: "Təbliğatın qurbanı olduq" – VİDEO

Brejnevin nəticəsi Ukrayna əsirliyində: "Təbliğatın qurbanı olduq" – VİDEO

Pensiya və müavinət alanlarla bağlı YENİ XƏBƏR

Pensiya və müavinət alanlarla bağlı YENİ XƏBƏR

Niyam Mədətsoylu rüşvət ittihamı ilə HƏBS OLUNDU

Niyam Mədətsoylu rüşvət ittihamı ilə HƏBS OLUNDU

DİQQƏT! Direktorların işə qəbulu üçün sənəd qəbulu bitir

DİQQƏT! Direktorların işə qəbulu üçün sənəd qəbulu bitir

İkinci əl telefon alarkən DİQQƏTLİ OLUN - Oğurluq çıxarsa, nə etməliyik?

İkinci əl telefon alarkən DİQQƏTLİ OLUN - Oğurluq çıxarsa, nə etməliyik?

Ticarət mərkəzinin damı çökdü – ANBAAN VİDEO

Ticarət mərkəzinin damı çökdü – ANBAAN VİDEO

Zelenski: "Müharibənin taleyi havada həll olunacaq" - FOTO

Zelenski: "Müharibənin taleyi havada həll olunacaq" - FOTO

Polşada "Patriot" qalmaqalı: Müxalifət hökuməti Ukraynaya raket verməkdə ittiham edir – VİDEO

Polşada "Patriot" qalmaqalı: Müxalifət hökuməti Ukraynaya raket verməkdə ittiham edir – VİDEO

2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu

2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu

Raulun cansız bədəni tapıldı, Zeynəb hələ də axtarılır: Mərdəkandakı faciənin təfərrüatı – VİDEO

Raulun cansız bədəni tapıldı, Zeynəb hələ də axtarılır: Mərdəkandakı faciənin təfərrüatı – VİDEO

Kiyevin REYTİNQİ DÜŞDÜ: Ən yararsız şəhərlərdən biri SEÇİLDİ – İNFOQRAFİKA

Kiyevin REYTİNQİ DÜŞDÜ: Ən yararsız şəhərlərdən biri SEÇİLDİ – İNFOQRAFİKA

Braziliya XİN-dən sensasion açıqlama: "ABŞ ölkəmizə hücum edə bilər" - FOTO

Braziliya XİN-dən sensasion açıqlama: "ABŞ ölkəmizə hücum edə bilər" - FOTO

Ukraynadan Polşaya xəbərdarlıq: "Heç kim bizimlə ultimatumla danışa bilməz" – VİDEO

Ukraynadan Polşaya xəbərdarlıq: "Heç kim bizimlə ultimatumla danışa bilməz" – VİDEO

Azərbaycan-Avropa İttifaqı münasibətlərində YENİ DÖNƏM – Strateji tərəfdaşlığın əsas İSTİQAMƏTLƏRİ

Azərbaycan-Avropa İttifaqı münasibətlərində YENİ DÖNƏM – Strateji tərəfdaşlığın əsas İSTİQAMƏTLƏRİ

Bakı və Gəncədə TəhsilPlus kartı ilə ictimai nəqliyyatda 10% məbləğ geri QAYTARILACAQ

Bakı və Gəncədə TəhsilPlus kartı ilə ictimai nəqliyyatda 10% məbləğ geri QAYTARILACAQ

Budanovdan müharibə ilə bağlı proqnoz: "İlin sonuna qədər…”

Budanovdan müharibə ilə bağlı proqnoz: "İlin sonuna qədər…”

End of content

No more pages to load

RADİO