ABŞ-ın Nyu-Cersi ştatında əlverişsiz hava şəraiti səbəbindən mağazalardan birinin damı qismən çöküb.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Məlumata görə, güclü tufan və ya şiddətli yağıntılar konstruksiyaya ziyan vurub. Hadisə yerinə dərhal xilasedicilər cəlb olunub, binada olan insanlar təxliyə edilib. Fövqəladə hallar xidməti ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.
Bizim.Media