Təxminən bir milyona yaxın fələstinli Qəzza zolağındakı evlərini tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyinin Yaxın Şərq üzrə rəhbəri Filip Lazzarini məlumat verib.
O qeyd edib ki, son günlər İsrail ordusu ilə Fələstin arasında Qəzza zolağında baş verən hərbi münaqişədə ən böyük zərəri dinc əhali görüb. Belə ki, onlar evlərini tərk edərək ölkənin digər bölgələrinə səpələniblər.
Bizim.Media