İsrail ordusu müharibə başlayandan etibarən HƏMAS-a məxsus 3600-dən çox hədəfini zərərsizləşdirib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Hücum edilən hədəflər arasında komanda-idarəetmə obyektləri, strateji hərbi infrastruktur, sursat istehsalı sexləri, kəşfiyyat obyektləri, atəş qurğuları olub. Qəzza zolağına ümumilikdə çəkisi 4 min ton olan 6 minə yaxın bomba atılıb”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media