ABŞ-ın keçmiş prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunu tənqid edib. Xüsusilə, o, baş nazirin Fələstinin HƏMAS hərəkatının hücumuna kifayət qədər hazır olmadığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp Fox News-a açıqlamasında danışıb.
“O (Netanyahu nəzərdə tutulur) hazır deyildi, İsrail də hazır deyildi. Əgər Tramp ABŞ prezidenti olsaydı, onlar hazırlaşmayacaqdılar”, – siyasətçi qeyd edib.
Keçmiş ABŞ lideri İsrail kəşfiyyat xidmətlərinin hərəkətlərini də tənqid edib: "Minlərlə adam nə baş verdiyini anlasa da vəziyyətin gərginləşməsinin qarşısını ala bilməyib".
Tramp İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsini xatırladıb:
“Biz Süleymanini yox etmək əməliyyatını həyata keçirdik. Bu, dəqiq, əla və gözəl bir iş idi".
ABŞ-ın keçmiş prezidenti əlavə edib:
“İsrailin son bir həftə ərzində kəşfiyyat uğursuzluğu məni narahat edir. Vəziyyəti düzəltməlidirlər, çünki İrana qarşı döyüşməli olacaqlar. Bu, daha mürəkkəb hərbi əməliyyatdır”.
Bizim.Media