BMT-nin Baş katibi Antonio Quterreş Fələstin-İsrail münaqişəsinin bütün regiona yayılmasının qarşısını almağa çağırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş katib jurnalistlərə müsahibəsində deyib.
O, Livan və İsrail sərhədində gərginlikdən narahatlığını bildirib:
“Biz münaqişənin eskalasiyasından qaçmalıyıq. İsrail və Livan sərhədindəki gərginliklə bağlı xəbərlərdən narahatam”.
Bizim.Media