“Biz İsrailin hücumlarına son qoymaq üçün Əl-Əqsa Fırtınası əməliyyatına başlamaq qərarına gəldik”.
Bizim.Media “GDH” nəşrinə istinadla xəbər verir ki, bu fikirlər “Həmas”ın silahlı qanadı olan Əl-Qəssam Briqadalarının Baş Komandanı Məhəmməd əl-Dayfin müraciətində qeyd olunub.
O, qeyd edib ki, əməliyyatın ilk addımı olaraq İsrailə 5 mindən çox raket atılıb:
“Bu gündən etibarən İsrail ilə təhlükəsizlik koordinasiyası əməkdaşlığı başa çatır. Əl-Əqsa Fırtınası İsrailin düşündüyündən və proqnozlaşdırdığından daha böyükdür”.
Qeyd edək ki, artıq İsrail Silahlı Qüvvələri ilə “Həmas” birlikləri arasında döyüşlər başlayıb. İsrail ordusunda müharibə hazırlığı vəziyyəti elan edilib. Yaxın saatlarda İsrail Təhlükəsizlik Şurası toplanacaq və genişmiqyaslı əməliyyatların başlanacağı iddia olunur.
Bizim.Media