Bu şəxslər təkrar mənzil tələb edə bilməz - Ali Məhkəmədən QƏRAR

Ali Məhkəmənin İnzibati kollegiyası qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşların yalnız bir dəfə mənzillə təmin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bizim.Media verir ki, qərarda iddiaçının Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğu bildirilib.

O, ailə üzvləri ilə birlikdə 2012-ci ildə yerli icra hakimiyyəti tərəfindən ayrılmış mənzildə yaşayır.

Həmin mənzil iddiaçının həyat yoldaşına verilib, sahə hesablanarkən iddiaçı da daxil olmaqla ailənin bütün üzvləri nəzərə alınıb. Lakin sonradan iddiaçı mənzilin sahəsinin kifayət etmədiyini əsas gətirərək yenidən mənzillə təmin olunmasını tələb edib, hətta mənzil növbəsinə də qəbul edilib. Aidiyyəti icra hakimiyyəti orqanı isə əvvəl bir dəfə mənzil verildiyini əsas gətirərək bu tələbi rədd edib.

Birinci instansiya məhkəməsi iddianı təmin edərək iddiaçının yenidən mənzillə təmin olunmasını məqsədəuyğun hesab edib. Apellyasiya instansiya məhkəməsi də qərarı qüvvədə saxlayıb.

Bundan sonra cavabdeh orqan Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə belə nəticəyə gəlib ki, qanunvericiliklə müəyyən edilən xüsusi kateqoriyadan olan şəxslərin mənzillə təminatı dövlətin mühüm sosial öhdəliklərindən biri olsa da, bu hüquq mütləq xarakter daşımır və müəyyən hüquqi çərçivələrlə məhdudlaşdırılır. Sosial hüquqların həyata keçirilməsi dövlətin maliyyə imkanları, resursların məhdudluğu və cəmiyyətdə sosial ədalətin təmin olunması zərurəti ilə sıx bağlıdır. Bu baxımdan dövlət yalnız fərdi maraqları deyil, bütövlükdə cəmiyyətin rifahını və ehtiyacı olan şəxslər arasında balansı nəzərə almalıdır.
 

Məhkəmə kollegiyası vurğulayıb ki, müharibə əlilləri və digər xüsusi statuslu şəxslər dövlətin xüsusi sosial müdafiəsində olan həssas qrupdur və onların mənzillə təmin olunması sosial ədalətin bərpasına xidmət edir. Lakin bu təminatın məqsədi həmin şəxslərə əlavə üstünlük qazandırmaq deyil, onların əsas yaşayış ehtiyacını aradan qaldırmaq və onları normal sosial həyat şəraitinə qaytarmaqdır. Bu səbəbdən dövlət tərəfindən bir dəfə mənzil verilməsi həmin sosial ehtiyacın təmin edilməsi kimi qiymətləndirilməlidir.

Ali Məhkəmə izah edib ki, xüsusi statusdan irəli gələn əsasla sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fonduna çıxış hüququ yalnız bir dəfə həyata keçirilə bilər.

Əgər şəxs və ya onun ailə üzvü bu əsasla artıq mənzillə təmin olunubsa və həmin təminat zamanı bütün ailə üzvləri, o cümlədən iddiaçı nəzərə alınıbsa, bu halda həmin şəxs də faktiki olaraq bir dəfə mənzillə təmin edilmiş sayılır. Belə olan halda eyni əsasla yenidən mənzil tələb edilməsi qanunvericiliyin məqsədinə uyğun hesab edilə bilməz.

Məhkəmə qeyd edib ki, təkrar mənzil təminatı yalnız fərdi iddia ilə məhdudlaşmır, eyni zamanda digər şəxslərin hüquqlarına təsir göstərir. Çünki dövlətin sosial resursları məhduddur və bir şəxsin eyni əsasla ikinci dəfə mənzil əldə etməsi hələ də mənzilə ehtiyacı olan digər şəxslərin bu hüquqdan yararlanma imkanlarını azalda bilər. Bu isə sosial ədalət və bərabərlik prinsiplərinə zidd olardı.

Nəticə etibarilə cavabdehin kassasiya şikayəti təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

20% ilkin ödənişlə ev sahibi ol: Biləcəridə 2 otaq studiya mənzillər satışda - “Kristal”

20% ilkin ödənişlə ev sahibi ol: Biləcəridə 2 otaq studiya mənzillər satışda - “Kristal”

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi – FOTO

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi – FOTO

İrandan BƏƏ ərazisinə 2800-dən çox raket və dron atılıb

İrandan BƏƏ ərazisinə 2800-dən çox raket və dron atılıb

Kürdəmir Dəmiryol Stansiyasından hansı istiqamətlərə getmək mümkündür?

Kürdəmir Dəmiryol Stansiyasından hansı istiqamətlərə getmək mümkündür?

Müxalifət partiyalarının MSK üzvlüyünə namizədlərinin SİYAHISI

Müxalifət partiyalarının MSK üzvlüyünə namizədlərinin SİYAHISI

Maliyyə icarəsi bu vəsaitlər hesabına VERİLƏCƏK

Maliyyə icarəsi bu vəsaitlər hesabına VERİLƏCƏK

Maliyyə icarəsi müqaviləsi hansı hallarda LƏĞV OLUNACAQ?

Maliyyə icarəsi müqaviləsi hansı hallarda LƏĞV OLUNACAQ?

Maliyyə icarəsi ödənişləri bu qaydada EDİLƏCƏK

Maliyyə icarəsi ödənişləri bu qaydada EDİLƏCƏK

2003-cü ildə ləğv olunmuşdu... – Yeni qanun HAZIRLANDI

2003-cü ildə ləğv olunmuşdu... – Yeni qanun HAZIRLANDI

Repetitorluğun ləğvi gerçəkləşir - yeni model

Repetitorluğun ləğvi gerçəkləşir - yeni model

Edqars Rinkeviçs: “Latviya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir”

Edqars Rinkeviçs: “Latviya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir”

"Sulutəpə dairəsi"ndə sərnişin avtobusu təkərsiz sürüldü - VİDEO

"Sulutəpə dairəsi"ndə sərnişin avtobusu təkərsiz sürüldü - VİDEO

Prezident:"Azərbaycandan Ermənistana yanacaq məhsulları ixrac olunur"

Prezident:"Azərbaycandan Ermənistana yanacaq məhsulları ixrac olunur"

Sabah da yağış yağacaq – PROQNOZ

Sabah da yağış yağacaq – PROQNOZ

Prezident: “Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh mövcuddur”

Prezident: “Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh mövcuddur”

Könül Ələkbərov da işdən ÇIXARILDI

Könül Ələkbərov da işdən ÇIXARILDI

İlham Əliyev: “Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq”

İlham Əliyev: “Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq”

SON DƏQİQƏ! Bakıda narkopriton aşkarlandı: 5 nəfər saxlanıldı – FOTO/VİDEO

SON DƏQİQƏ! Bakıda narkopriton aşkarlandı: 5 nəfər saxlanıldı – FOTO/VİDEO

Almaniya miqrantların sayına görə Aİ-də liderdir

Almaniya miqrantların sayına görə Aİ-də liderdir

Dövlət borcunun həcmi AÇIQLANDI

Dövlət borcunun həcmi AÇIQLANDI

Musa Alməmmədov vəfat etdi – FOTO

Musa Alməmmədov vəfat etdi – FOTO

Sol zolaq niyə boş qalmalıdır? – ekspert izah edir

Sol zolaq niyə boş qalmalıdır? – ekspert izah edir

Əli Əsədovdan AÇIQLAMA – FOTO

Əli Əsədovdan AÇIQLAMA – FOTO

İlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

İlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

End of content

No more pages to load

RADİO