İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini QƏBUL ETDİ - VİDEO

İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini QƏBUL ETDİ - VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mourini qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyətinə toxunaraq, bu tədbirə ev sahibliyi etməsi üçün ölkəmizin seçilməsinə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Konqresin Azərbaycanda yüksək səviyyədə təşkili üçün böyük hazırlıq işlərinin görüldüyünü vurğuladı.

Dövlətimizin başçısı xeyli sayda qonağın iştirak edəcəyi bu tədbirin Azərbaycan ilə daha yaxından tanış olmaq və gələcək əməkdaşlıq planlarının müəyyənləşdirilməsi baxımından önəmli olduğunu qeyd etdi.
Kley Mouri Azərbaycana gəlməkdən məmnunluğunu bildirərək, 74-cü Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi, Azərbaycanın Konqresə hazırlığını yüksək qiymətləndirdi. Konqresin əhəmiyyətinə toxunan qonaq burada 100-dən artıq ölkədən 5 mindən çox nümayəndənin iştirakını tədbirə verilən önəmin göstəricisi kimi dəyərləndirdi.

Qeyd etdi ki, bu tədbir indiyədək keçirilmiş digər konqreslərlə müqayisədə iştirakçıların sayı və tərkibi baxımından eyni səviyyədədir, hətta bəzi göstəricilərə görə onlardan da üstündür.

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti bildirdi ki, bu tədbir təqdim ediləcək elmi məqalələrin sayına görə də ən önəmli konqreslərdən biri olacaq. Belə ki, Konqresə 3600-dək elmi məqalə təqdim ediləcək.

Bu tədbir çərçivəsində BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin və Beynəlxalq Astronavtika Federasiyasının birgə təşkilatçılığı ilə “Sosial və iqtisadi faydalar naminə kosmik texnologiyalar” adlı seminarın və Kosmik Nəsil Məşvərət Şurasının Kosmik Nəsil Konqresinin də keçirildiyi bildirildi.
Söhbət zamanı Bakı şəhərinin və Konqres Mərkəzinin bu mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə hazırlığı xüsusi qeyd olundu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

"Lənkəranski"nin "qan düşməni"nə 13 il cəza İSTƏNİLDİ

"Lənkəranski"nin "qan düşməni"nə 13 il cəza İSTƏNİLDİ

Polşa Aİ-dən çıxır? - Ölkədə siyasi qarşıdurma

Polşa Aİ-dən çıxır? - Ölkədə siyasi qarşıdurma

Altı il öncə bu gün – 28 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 28 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Türkiyədə qaya uçqunu: 2 ölü, 1 yaralı var – FOTO-VİDEO

Türkiyədə qaya uçqunu: 2 ölü, 1 yaralı var – FOTO-VİDEO

Alen Simonyan: “Azərbaycanla təmasların intensivləşməsinə sevinirəm”

Alen Simonyan: “Azərbaycanla təmasların intensivləşməsinə sevinirəm”

Dövlət Komitəsinin sədri İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin üzvləri ilə görüşüb

Dövlət Komitəsinin sədri İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin üzvləri ilə görüşüb

Putin Melaniya Trampı TƏRİFLƏDİ

Putin Melaniya Trampı TƏRİFLƏDİ

Samid Bəbirov finalda erməni rəqibini belə məğlub etdi – VİDEO

Samid Bəbirov finalda erməni rəqibini belə məğlub etdi – VİDEO

İlham Əliyev İspaniya Kralına başsağlığı VERDİ

İlham Əliyev İspaniya Kralına başsağlığı VERDİ

Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər

Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər

İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batdı

İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batdı

İƏT-in Baş katibi Bakıda təhsil alan xarici tələbələrlə görüşüb – FOTO

İƏT-in Baş katibi Bakıda təhsil alan xarici tələbələrlə görüşüb – FOTO

Siyəzəndə ünvanlı sosial yardıma görə qayınata kürəkənini döydü

Siyəzəndə ünvanlı sosial yardıma görə qayınata kürəkənini döydü

"Megastore"dan aldığı məhsulların hamısı xarab çıxdı – VİDEO

"Megastore"dan aldığı məhsulların hamısı xarab çıxdı – VİDEO

Eldar Əzizov onu rəis təyin etdi

Eldar Əzizov onu rəis təyin etdi

SON DƏQİQƏ! Ceyranbatanda 10 şagird ZƏHƏRLƏNDİ - VİDEO

SON DƏQİQƏ! Ceyranbatanda 10 şagird ZƏHƏRLƏNDİ - VİDEO

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bütün cütləri BƏLLİ OLDU

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bütün cütləri BƏLLİ OLDU

Qarabağ beynəlxalq dialoq məkanına çevrilib – Xankəndidən AÇIQLAMA

Qarabağ beynəlxalq dialoq məkanına çevrilib – Xankəndidən AÇIQLAMA

Bakıda məktəbdə media nümayəndələrinə qarşı zorakılıqla bağlı cinayət işi BAŞLANILDI

Bakıda məktəbdə media nümayəndələrinə qarşı zorakılıqla bağlı cinayət işi BAŞLANILDI

AKP-nin SUSQUN RAZILIĞI

AKP-nin SUSQUN RAZILIĞI

Bakıda idmançı məşq zamanı VƏFAT ETDİ

Bakıda idmançı məşq zamanı VƏFAT ETDİ

İlham Əliyev Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

İlham Əliyev Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

İspaniyada qatar qəzasının son STATİSTİKASI: 69 ölü, 100-dən çox yaralı, 64 itkin

İspaniyada qatar qəzasının son STATİSTİKASI: 69 ölü, 100-dən çox yaralı, 64 itkin

Axtarışa verilmiş şəxslərin neçə faizi bu il ələ keçirilib?

Axtarışa verilmiş şəxslərin neçə faizi bu il ələ keçirilib?

End of content

No more pages to load

RADİO