İƏT-in Baş katibi Bakıda təhsil alan xarici tələbələrlə görüşüb – FOTO

İƏT-in Baş katibi Bakıda təhsil alan xarici tələbələrlə görüşüb – FOTO
0:00 / 0:00
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhməd ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan hökumətinin ayırdığı təqaüdlə Bakıda təhsil alan İƏT-ə üzv dövlətlərin gəncləri ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatında (QHGT) baş tutan tədbirdə əvvəlcə QHGT-nin Mənzil Qərargahı ilə tanışlıq keçirilib və daha sonra ölkəmizdə təhsil alan İƏT-ə üzv dövlətlərin gəncləri barədə təqdimat nümayiş olunub.

Görüş çərçivəsində təqaüd proqramlarının tələbələrini əhatə edən “İƏT Tələbələr Assosiasiyası – Azərbaycan” təşkilatı tərəfindən İƏT Baş katibinə Azərbaycan hökumətinin İƏT-ə üzv ölkələrin tələbələri üçün təqdim etdiyi təqaüd proqramları haqda məlumat verilib. 2017-2022-ci illər üzrə 41 İƏT ölkəsindən 126 tələbəyə, 2024-2026-cı illər üzrə isə 39 İƏT ölkəsindən 219 tələbəyə Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq imkanı verildiyi qeyd olunub. Ümumlikdə, 46 İƏT ölkəsindən 350-yə yaxın gəncin Azərbaycanın təqdim etdiyi təqaüdlərdən faydalandığı vurğulanıb.

Bununla yanaşı, İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzi (ICYF-ERC) tərəfindən Mərkəzin fəaliyyəti və İƏT ölkələrindən olan tələbələrlə bağlı həyata keçirdiyi fəaliyyətlər barədə təqdimat edilib.

Baş katib İsmail Ould Şeyx Əhməd çıxışında İƏT-in gələcək hədəfləri və perspektivləri, habelə təşkilatın yeni rəhbəri kimi qarşıya qoyduğu məqsədlər və gənclərin bu prosesdəki rolu barədə mühüm məqamlara toxunub. O, İƏT gənclərinə göstərilən xüsusi qayğı və diqqətə, həmçinin təhsil üçün təqaüdlərin ayrılmasına görə Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirib.

İƏT gəncləri arasında əlaqələrin gücləndirilməsi və onların xalqlararası bağların inkişaf etdirilməsi sahəsində fəallığının təşviqi məqsədilə təşkil olunan görüş “İslam dünyasında həmrəyliyin gücləndirilməsində gənclərin mədəni diplomatiya səfirləri kimi rolu” mövzusunda interaktiv sual-cavab sessiyası ilə davam edib.

Sessiyada gənclərin mədəniyyətlərarası dialoqun inkişafında və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsindəki rolu ətrafında müzakirələr aparılıb.

Tədbir ICYF-ERC-nin İdarə Heyətinin sədri Elçin Əsgərovun bağlanış nitqi və xatirə fotosunun çəkilişi ilə başa çatıb.

İƏT-in Baş katibi Bakıda təhsil alan xarici tələbələrlə görüşüb – FOTO - foto 1
İƏT-in Baş katibi Bakıda təhsil alan xarici tələbələrlə görüşüb – FOTO - foto 2
İƏT-in Baş katibi Bakıda təhsil alan xarici tələbələrlə görüşüb – FOTO - foto 3
İƏT-in Baş katibi Bakıda təhsil alan xarici tələbələrlə görüşüb – FOTO - foto 4
İƏT-in Baş katibi Bakıda təhsil alan xarici tələbələrlə görüşüb – FOTO - foto 5
İƏT-in Baş katibi Bakıda təhsil alan xarici tələbələrlə görüşüb – FOTO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Altı il öncə bu gün – 28 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 28 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Türkiyədə qaya uçqunu: 2 ölü, 1 yaralı var – FOTO-VİDEO

Türkiyədə qaya uçqunu: 2 ölü, 1 yaralı var – FOTO-VİDEO

Alen Simonyan: “Azərbaycanla təmasların intensivləşməsinə sevinirəm”

Alen Simonyan: “Azərbaycanla təmasların intensivləşməsinə sevinirəm”

Dövlət Komitəsinin sədri İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin üzvləri ilə görüşüb

Dövlət Komitəsinin sədri İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin üzvləri ilə görüşüb

Putin Melaniya Trampı TƏRİFLƏDİ

Putin Melaniya Trampı TƏRİFLƏDİ

Samid Bəbirov finalda erməni rəqibini belə məğlub etdi – VİDEO

Samid Bəbirov finalda erməni rəqibini belə məğlub etdi – VİDEO

İlham Əliyev İspaniya Kralına başsağlığı VERDİ

İlham Əliyev İspaniya Kralına başsağlığı VERDİ

Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər

Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər

İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batdı

İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batdı

İƏT-in Baş katibi Bakıda təhsil alan xarici tələbələrlə görüşüb – FOTO

İƏT-in Baş katibi Bakıda təhsil alan xarici tələbələrlə görüşüb – FOTO

Siyəzəndə ünvanlı sosial yardıma görə qayınata kürəkənini döydü

Siyəzəndə ünvanlı sosial yardıma görə qayınata kürəkənini döydü

"Megastore"dan aldığı məhsulların hamısı xarab çıxdı – VİDEO

"Megastore"dan aldığı məhsulların hamısı xarab çıxdı – VİDEO

Eldar Əzizov onu rəis təyin etdi

Eldar Əzizov onu rəis təyin etdi

SON DƏQİQƏ! Ceyranbatanda 10 şagird ZƏHƏRLƏNDİ - VİDEO

SON DƏQİQƏ! Ceyranbatanda 10 şagird ZƏHƏRLƏNDİ - VİDEO

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bütün cütləri BƏLLİ OLDU

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bütün cütləri BƏLLİ OLDU

Qarabağ beynəlxalq dialoq məkanına çevrilib – Xankəndidən AÇIQLAMA

Qarabağ beynəlxalq dialoq məkanına çevrilib – Xankəndidən AÇIQLAMA

Bakıda məktəbdə media nümayəndələrinə qarşı zorakılıqla bağlı cinayət işi BAŞLANILDI

Bakıda məktəbdə media nümayəndələrinə qarşı zorakılıqla bağlı cinayət işi BAŞLANILDI

AKP-nin SUSQUN RAZILIĞI

AKP-nin SUSQUN RAZILIĞI

Bakıda idmançı məşq zamanı VƏFAT ETDİ

Bakıda idmançı məşq zamanı VƏFAT ETDİ

İlham Əliyev Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

İlham Əliyev Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

İspaniyada qatar qəzasının son STATİSTİKASI: 69 ölü, 100-dən çox yaralı, 64 itkin

İspaniyada qatar qəzasının son STATİSTİKASI: 69 ölü, 100-dən çox yaralı, 64 itkin

Axtarışa verilmiş şəxslərin neçə faizi bu il ələ keçirilib?

Axtarışa verilmiş şəxslərin neçə faizi bu il ələ keçirilib?

Xocalıda icazəsiz at sürənlər CƏRİMƏLƏNDİ

Xocalıda icazəsiz at sürənlər CƏRİMƏLƏNDİ

AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib – FOTO

AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib – FOTO

End of content

No more pages to load

RADİO